Mal tələf olarkən təqas etmək
Bir şəxs İrana səfər edərkən, sərhəddən keçməzdən öncə başqa bir şəxs ondan bu səfərdə onunla yoldaş olmasınıd istəyir. “Xosrəvi” gömrüyündə səfər vəsaitlərini yoxlayanda məlum oldu ki, vəsaitlərin içində çoxlu miqdarda idxalına qadağa qoyulmuş mallar var. Onların hamısını gömrük müsadirə etdi. Birinci şəxsin isə yalnız bir neçə İtalyan sumbatası olmuşdur və gömrük məmuru sumbataların da ikinci şəxsə aid olduğunu güman edib, onları da müsadirə etmiş və birinci şəxsin xahiş və təmənnalarının heç bir faydası olmamışdır. Birinci şəxs əlacsız qalıb sumbataların pulunu ona borclu olan ikinci şəxslə sumbataların qiymətinin əvəzində təqas etmişdir (almışdır). Bu işin eybi varmı?
Əgər qaçaq malın sahibi birinci şəxsə aid olan və qaçaq olmayan malın da aradan getməsinə səbəb olarsa, zamindir və təqas etmək olar.
Vəty olunmuş heyvanın nəsli
Bir neçə il bundan qabaq bir qoyunla hələ hamilə olmamışdan və doğmamışdan qabaq yaxınlıq edilmişdir. Hal-hazırda bu işdən bir neçə il keçir və o qoyunun balaları da vardır. Lakin nə qoyunun özü məlumdur, nə də onun quzuları. Əgər yaxınlıq edilmiş qoyunu püşk yolu ilə ayırıb kəssə və ətini yandırsa, onun qoyunlar arasında olan nəsilləri də halal olacaqdırmı? Belə ki, qoyunlardan hansılarının onun nəslindən olması da məlum deyildir. Bundan əlavə, əgər məsələn, yaxınlıq edilmiş o qoyun ağ idisə, bu şəxs bütün qoyunlar arasında püşk atmalıdır, yoxsa yalnız ağ qoyunlar arasında? Bu hadisədən bir neçə il keçibsə, püşk atma quzulara və bir illik qoyunlara da şamil olurmu?
Ehtiyat vacibə əsasən həmin heyvanın balaları da onun hökmündədirlər və onlar üçün də eyni şəkildə püşk atılmalı və əməl olunmalıdır.
Diri müctəhidin icazəsi olmadan vəfat etmiş müctəhidə təqlid
Bir kəs diri müctəhidin icazəsi ilə meyyitə təqliddə qalsa, yerinə yetirdiyi əməllərin hökmü nədir?
"Meyyitə təqliddə qalmaq" məsələsində diri müctəhidə təqlid etməlidir. Belə ki, onun hazırkı müctəhidinin fitvası (meyyitə) təqliddə qalmağın caiz olmasıdırsa, keçmişdə əməl etdiyi əməllər səhihdir.
Üzvlərin hədiyyə olunması haqda vəsiyyət
Bir şəxs ölümündən sonra öz bədən üzvlərini bu üzvlərə ehtiyacı olan xəstələrə köçürülməsini vəsiyyət edərsə, varisləri bu işin qarşısını ala bilərlərmi?
Varislərin buna mane olmalarının bu məsələyə heç bir təsiri yoxdur. Bu üzvlər xəstələrin canının xilas olması üçün lazımdırsa, onları götürmək caizdir. Habelə göz kimi böyük əhəmiyyətə malik üzvlərdə də belədir.
Fond tərəfindən zəhmət haqqı almaq
Bir neçə nəfər bir-birinin köməyi və həmkarlığı ilə xeyriyyə fondu təşkil etmiş və üzv olan şəxslərə borc pul verirlərsə, onlardan əmək haqqı adı ilə alınan faizlər halaldırmı? Əlavə etmək lazımdır ki, belə bankların məvacib verilməsi lazım olan bir işçisi yoxdur. Buna görə də əldə olunan gəlir, halal olmaq şərti ilə hansı yerlərdə istifadə oluna bilər?
Əmək haqqı deyəndə, bankın və ya xeyriyyə fondlarının işçilərinə və s.-ə məvacib adı ilə cari hesabların saxlanılması, qorunması və göstərdikləri sair xidmətlər üçün çəkdikləri zəhmət müqabilində verilən zəhmət haqqı nəzərdə tutulur. Belə ki, bu məqsədlə artıq məbləğ alınaraq, məvacib adı ilə işçilərə və digər məxariclərə sərf olunarsa, maneəsi yoxdur. Lakin yazdığınız şəkildə işkalı vardır.
Allaha və Allahın Rəsuluna (səlləllahu əleyhi və alihi) nalayiq sözlər iddiası ilə qətl
Əgər bir şəxs digərini qətlə yetirsə, sonradan “onu Allaha, peyğəmbərə və ya imamlara (ə) nalayiq söz dediyinə görə öldürmüşəm” –deyə iddia etsə, bu iddia, dəlil və sübut olmadan qəbul olunurmu?
Nüfuzlu və etibarlı deyil. Əgər bunu sübut etməsə, qisasa (edama) məhkum olacaqdır.
Şəhidin varisləri həyat yoldaşı və atadan ibarətdirsə
Vəfat etmiş şəxsin atası, anası və cinsi əlaqədə olmadığı həyat yoldaşı vardır. İrsin onların arasında neçə bölünməsini bəyan edin.
Həyat yoldaşına bütün irsin (torpaq sahəsindən başqa) dörddə biri çatır. Anaya bütün əmlakın üçdə biri çatır. Qalanı da ataya verilir. Əgər mərhumun (ən azı) iki qardaşı, ya dörd bacısı, ya da bir qardaşı və iki bacısı varsa (onların atalarının mərhumun atası ilə eyni olması şərti ilə) yerdə qalan əmlakdan altıda biri anaya və qalanı da – altıda birin beşdə üçüdür – ataya çatır.
Həcdə sünni imam camaata iqtida etmək
Həcc mövsümündə camaat Əhli-sünnətdən olan imam camaata iqtida edirlər. Vaxt geniş olan təqdirdə (namazı) təkrar yerinə yetirmək lazımdırmı?
Onların namazı səhihdir və təkrar qılmaq lazım deyil.
Məhsul almaq şərtilə verilən borc
Bir şəxs problemlərə görə digərindən pul alsa və pul verən belə desə: “Bu şərtlə sənə pul verirəm ki, məhsul yığılan zaman buğdanın hər kiloqramını filan qiymətə mənə satasan” və fərz etsək ki, məhsul yığımının vaxtı çatmayıb, qiymət də qeyri-müəyyəndir, bu halda pul almağın hökmü nədir?
Bu borc və bu müamilə batildir.
Varis bacıoğlu və əmioğludursa
Vəfat etmiş Zeydin varisi anadan bir olan bacısının övladıdır. Digər tərəfdən də əmisi oğlanlarından üçü həyatdadırlar. Zeydin irsi hansı şəkildə bölünməlidir?
Bacısının övladı olduğu təqdirdə əmisi oğlanlarına heç bir irs çatmayacaqdır. Başqa bir varisi yoxdursa, əmlakının hamısı bacısı uşağına çatmalıdır.
Hicabın zəruriliyi
Hicab məsələsi İslamda önəmli bir məsələsi sayılır. Digər tərəfdən İslam qanun-qaydaları İslam respublikasında, xüsusilə də dindar şəhərlərdə, o cümlədən müqəddəs Qum şəhərində riayət olunmalıdır. Allaha şükürlər olsun, müqəddəs Qum şəhərində bu günə kimi bu qanunlara riayət olunmuşdur. Amma təəssüflər olsun ki, son günlərdə bu müqəddəs şəhərdə nalayiq əməllərin şahidi oluruq ki, bu müqəddəs şəhərin məqam və mənzilətinə layiq deyil. Dəfələrlə şahidi olmuşuq ki, bu nalayiq əməlləri nəqliyyat vasitələrində, xüsusilə də Həzrət Məsumənin (ələyha salam) mütəhhər hərəminin önündən keçən gəlin aparan maşın karvanlarında görürlər. Ümumiyyətlə, müqəddəs məkanlarda, o cümlədən Pərvərdigarın və həzrət Bəqiyyətullahil-əzəmin (əccələllahu taala fərəcəhuş-şərif) lütf və mərhəmətində olan “Cəmkəran” məscidində belə hadisələr baş verməkdədir. Bu hadisə olduqca təəssüfləndirici, kədərlidir. Çünki sözü gedən bu nalayiq hərəkətlərə yol vermək bu şəhərin məqam və mənzilətinə əsla layiq deyil. Böyük mərcəyi-təqlidlərin daim inqilab və İslamın köməyinə, fəryadına tələsdiklərinə və öz möhkəm cavabları ilə zülm və zorakılıq, haqsızlıq dünyasının cavabını qətiyyətlə verdiklərinə görə bu qərara gəldik ki, həzrət ustadın müqəddəs Qum şəhərində baş verən bu hadisələr barəsində olan aydın fitvasını öyrənək.
Şübhəsiz, hicab İslamın danılmaz (zəruri) prinsiplərindəndir. İslam fəqihlərinin hamısı bu barədə yekdil nəzərdədir. Hər bir hicabsızlıq və ya pis hicablılıq halları müqəddəs şəriətə ziddir. Xüsusilə də dindar şəhərlərdə, daha çox müqəddəs şəhərlərdə bunlara daha artıq riayət olunmalıdır. Hicabsızlığın və naqis hicab geyməyin günahı bu məkanlarda daha çoxdur. Şübhəsiz, hər yerdə, xüsusilə bu məkanlarda çadra geyinmək daha yaxşıdır.
Təxirdən dəyən zərəri kafirlərdən almaq
Bu kimi zərərləri kafirlərdən almaq caizdirmi?
Əmlakı bizim üçün halal olan kafirlər barəsində, maneəsi yoxdur.

