Zövcəyə hədiyyə
Arvada verilən hədiyyə “lazım” (geri qaytarılması caiz olmayan) hədiyyədirmi?
Arvada verilən hədiyyə “lazım” hədiyyə deyil, lakin onu geri almaq məkruhdur.
Arvada verilən hədiyyə “lazım” hədiyyə deyil, lakin onu geri almaq məkruhdur.
Qeyd olunan şəkildə oradan istifadə etməklə (o torpaqlara sahib olmaqda) üstünlük haqqınız var. Əvəz almaqla və yaxud əvəzsiz olaraq öz haqqınızı başqasının öhdəsinə qoya bilərsiniz. Oranı abadlaşdırmışsınızsa, sahibsiniz.
Qaynana hər bir halda məhrəmdir. Gəlin də hər bir şəkildə qayınatasına məhrəmdir.
Əgər əsəbiləşərkən öz ağıl və şüurunu itirmişdisə, müddəti bağışlamağı səhih deyil. Lakin bu işi şüur, ağıl üzündən etmişdirsə, əsəbiləşdiyinə baxmayaraq, bağışlamağı səhih olmuşdur.
Sözü gedən torpaq sahəsi sahibsiz idisə, bunun eybi yoxdur. Habelə sahibi olan abadlaşdırılmış torpaq idisə və bələdiyyə idarəsi onu şəriət qanunlarına əsasən öz mülkiyyətinə keçirmişdirsə, yenə də eybi yoxdur. Əks halda ölülərin orada dəfn olunması caiz deyil.
Sülh (razılaşma) və ya vəsiyyətin kifayət qədər dəlil-sübutu varsa, heç kəsin ona etiraz etməyə haqqı yoxdur. Lakin vəsiyyət əmlakın üçdə birindən artıq hissəsinə aid olarsa, varislərin icazəsi olmadan artıq hissə barəsində nüfuzlu (qüvvədə) sayılmır.
Əgər mütəxəssis şəxslərin şahidliyi ilə bu xəstəlik yoluxmaya və təhlükəyə səbəb olacaq bir mərhələdədirsə və ər arvadına talaq verməyə razı deyilsə, qadın öz talağını şəri hakim vasitəsilə ala bilər. Kişi də belə hallarda qadına talaq verə bilər.
Şəriət hökmü bu kimi hallarda mövzunun xalq arasında təsdiqlənməsinə tabedir. Ona xərçəng deyilirsə, haramdır, amma əgər krevet (rubiyan, meyqu) adı ilə məşhurdursa halaldır. Bu mövzunu aydınlaşdırmaq üçün balıqçılara müraciət edin.
Bəzi məclislərdə nümayiş, əyləncə və istirahət adı ilə icra olunan oyunlar müşahidə olunur ki, bir şəxsin surətli əl hərəkətini, zirəkliyini nümayiş etdirir və bundan başqa məqsəd daşımır, (belə oyunların) eybi yoxdur. Lakin camaatı aldatmaq üçün olsa, bir növ sehrdir ki, bu yolla qazanc əldə etmək haram və belə məclislərdə iştirak etmək də haramdır.
Evlənmək təklifinin heç bir şəkildə maneəsi yoxdur. Lakin vəlisinin icazəsi olmadan bakirə qızla nikah bağlamağın işkalı var. Amma dul qadında (ərə gedib boşanan, əri ölən) əqd siğəsini oxunmasında iki tərəfin razılığı kifayətdir.
Fiqh və üsuldan başqa digər elmlərə sahib olmaq – bu elmlərin hökmlərin qavranmasında və mövzuların düzgün anlamında təsiri olan hallar istisna olmaqla – bir fəqihə digərindən üstünlük verilməsinə səbəb olmur.
Varislərin buna mane olmalarının bu məsələyə heç bir təsiri yoxdur. Bu üzvlər xəstələrin canının xilas olması üçün lazımdırsa, onları götürmək caizdir. Habelə göz kimi böyük əhəmiyyətə malik üzvlərdə də belədir.
Kəbin oxunmazdan öncə kəbin kağızı barəsində xüsusi bir şərt və ya qərar qoymamışlarsa, onu qadının ailəsinə verməlidirlər və ər ehtiyac duyulan təqdirdə nikah dəftərxanasından arayış ala bilər.
Bu hədis Quran və Məsumlar (əleyhis-salam) tərəfindən sübuta yetmiş hədislərlə müxalifdir. Buna görə də onu kənara atmaq lazımdır.