Heyvanların başını dəzgahla kəsərkən “Bismillah” demək
Heyvanların başını kəsəndə dəzgahı işə salarkən bir dəfə Allah-taalanın adını çəkməklə başı kəsilən heyvanların hamısı üçün kifayətlənmək olarmı? Yoxsa onların hər biri üçün, yaxud da dəzgahın imkan verdiyi hər neçəsi üçün bir “bismillah” demək lazımdır?
Əgər maşın mütəmadi şəkildə işləyirsə, bir “bismillah”la bir neçə heyvanın başı kəsilsə belə, ehtiyat budur ki, mütəmadi şəkildə Allahın adı çəkilsin.
Dəzgahı işə salan adamın “Bismillah” deməsi
Allahın adını dəzgahı işə salan adamım özü – hətta əgər başı kəsilən heyvanların yanında və ya qarşısında olmasa və yalnız məsələn, “Ya Allah, ya Allah” şəklində deməlidir, yoxsa başqası da desə kifayətdir?
Allahın adını dəzgahı işə salan adamın özü çəkməlidir və “Ya Allah” demək kifayətdir, habelə onun heyvanların başı kəsilən yerdə olması vacib deyil.
Heyvanın başını almaz ucluqlarla kəsmək
Heyvanların başını sürətlə və asanlıqla kəsmək üçün olan dəzgahın fırlanan çarxları (bıçaqları) kütləşməsin deyə, almaz layını xüsusi yapışqanla onların iti uclarına möhkəm yapışdırırlar və nəticədə heyvanların başı polad və dəmir vasitəsilə deyil, almaz vasitəsilə kəsilir, baxmayaraq ki, dəmir almazdan 1 millimetr məsafədədir. Heç bir zərurətin olmadığı və vaxtın və ixtiyarın mövcud olduğu təqdirdə bu şəkildə kəsilən heyvanlar halaldırmı?
Eybi yoxdur və halaldır.
Heyvanın başını kəsərkən Quran ayələrini səsləndirmək
Heyvanların başını kəsərkən Quran ayələrinin səsləndirilməsi və Allah zikrinin yada salınması kifayət edirmi, yoxsa mütləq heyvanların başını kəsən adamın özü Allahın adını çəkməlidir?
Ehtiyat vacib budur ki, heyvanın başını kəsən adam özü desin.
Qanı kamil şəkildə çıxmayan başı kəsilmiş heyvan
Bütün şəriət qaydalarına riayət etməklə başı kəsilən, lakin başı kəsiləndən dərhal sonra qaynar suya salınan heyvanın – belə ki, damarları bağlanırsa və yarım-bağlı vəziyyətə düşərək nəticədə normal miqdarda gəlməli olan qan çıxmırsa – ət və içində qan olan damarları baxımından hökmü necədir?
Onun əti halaldır, lakin ehtiyat budur ki, daxilində olan qandan istifadə olunmasın.
Ayaqqabı salonunda yaddan çıxıb qalan ayaqqabılar
İmam Rizanın (ə) müqəddəs ziyarətgahında bəzən minlərlə itirilmiş ayaqqabılar taplır. Bu ayaqqabıların hökmlərini bəyan edin.
Mütəhhər hərəmin ayaqqabı saxlanılan salonunda sahibsiz qalmış ayaqqabılar barəsində elan etməklə, ümumi camaata məlumat vermək lazımdır. Sahiblərinin tapılmasına ümid kəsilərsə, onları ehtiyacı olanlara versinlər və ya satıb pulunu onlara versinlər.
Çöllükdə itmiş heyvan
Bir heyvan başqa bir şəxsin heyvanları çöldən qayıdır. Bir ildən sonra heyvanın sahibi tapılmadığından onu kəsirlər. Camaat onun ətindən yeyir. Bu ətdən istifadə edənlərin hökmünü iki halda: heyvanın sahibinin naməlum olmasını bildikləri və bilmədikləri halda, bəyan edin.
İtən heyvanı tapan hər bir şəxs, bir il onun sahibini soraqlaşmalıdır. Sahibi tapılmasa bu heyvanı onun əsil sahibi tərəfindən Allah yolunda sədəqə verə bilər. Habelə, sahibinin tapılacağı təqdirdə əvəzini sahibinə qaytarmaq niyyəti ilə heyvanı özünə götürə bilər. Əgər sahibi məlum deyilsə, şəriət hakiminin icazəsi ilə onu ehtiyacı olanlara vermək lazımdır.
Kafir ölkələrində tapılan qiymətli əşyalar
Qeyri-müsəlman ölkələrdə tapılan qiymətli mal və əşyaların hökmü nədir?
Heç bir əlaməti yoxdursa, onları öz mülkiyyətinə keçirmək olar. Əlaməti varsa və sahibini tapması mümkündürsə, ona qaytarmalıdır. Lakin İslamla müharibədə olan ölkələrdə tapılana sahib çıxmağın bütün hallarda eybi yoxdur.
Dövlət əmlakının məchulul-malik olmaması
Dövlət əmlakı sizin nəzərinizdə məchulul-malik (sahibi məlum olmayan) hökmündədirmi?
Məchulul-malik hökmündə deyil. Əmlak dövlətindir, ayrı-ayrı şəxslərin deyil.
İtmiş əşyanın tərifinin mənası
Hansı hallarda tapılan əşyaların sahiblərini tapmaq üçün səy göstərilməlidir? Hansı hallarda elan etmək lazım deyil? İndiki zamanda hansı şəkildə elan olunmalıdır?
Mal sahibini elan etmək yolu ilə tapmaq mümkün olan yerlərdə elan etmək lazımdır. Bizim zamanımızda elan etmək məscidlərdə deməkdən, camaat çox olan mərkəzlərdə və itən əşyanı tapdıqları yerdə, habelə qəzetlərdə və buna oxşar informasiya vasitələrində elan etməkdən ibarətdir.
Məchulul-malik əmlakdan istifadə etmək
Bir il yarım bundan öncə mənim maşınımda bir pul kisəsi yaddan çıxıb qalmışdı və heç bir nişanəsi yox idi. Müsafirin düşdüyünü ehtimal verdiyim ərazilərdə divarlara, küçələrə elan yapışdırdım. Habelə qəzetlərin birində də elan verdim. Bütün bunları nəzərə almaqla mənim şəriət “Rəddi-məzalim” dedikdə insanların (qəti və ya ehtimala görə) haqları nəzərdə tutulur ki, onun sahibinin kim olduğu dəqiq məlum deyil və şəriət hakimi tərəfindən ehtiyacı olan yoxsul insanlara sərf edilir.baxımından vəzifəm nədir? Əlavə etmək lazımdır ki, pulun məbləği 308000 rialdır. Bu puldan 45000 rial məbləğində qəzetdə verilən elan üçün və 10000 rial məbləğində də divarlara elan yapışdırmaq üçün bir şəxsə verdim. Yerdə qalan pulu isə bir cavanın, yəni öz qardaşımın toy xərclərinə sərf etdim. Hal-hazırda mənim vəzifəm nədir?
Toyda xərclədiyiniz pulla bağlı hökm budur ki, buna ehtiyacı var idisə, biz icazə veririk və eybi yoxdur. Amma xərclədiyiniz pullar barəsində isə, əgər onun sahibinin razılığına yəqininiz var idisə, eybi yoxdur. Lakin onun razılığına əminlik əldə olunmasa, bu pulu borclusunuz. Ehtiyat budur ki, bu miqdar pulu ehtiyaclı bir şəxsə verəsiniz.
Tullanmış əşyalardan istifadə etmək
Şəhərlərin (şəhər bələdiyyə idarələrinin) kommunal xidmətlərində çalışan fərdlər elektrik lampası və bu kimi əşyalar tapırlar ki, onları az bir xərclə istifadəyə yararlı vəziyyətə salmaq mümkündür. Ümumiyyətlə tapılan bütün əşyalar, məsələn, alüminium, dəmir parçaları, köhnə ayaqqabı və s. qarşısında vəzifə nədir?
Bu əşyaların sahibləri onları tullamışlarsa, eybi yoxdur.
Tapılmış maldan onu sahibinə göndərmək üçün istifadə etmək
Bir şəxs içində pul və şəxsiyyət vəsiqəsi olan pul kisəsi tapmışdır. O, kisəni poçt vasitəsi ilə sahibinə göndərmək üçün bu puldan bir miqdarını xərcləyə bilərmi?
Əgər xərcin miqdarı azdırsa, öz öhdəsinə götürsün. Amma xərcin miqdarı çoxdursa və onun sahibinə çatdırmaq üçün bu pulu xərcləməkdən başqa yol olmasa, bu pulu götürə bilər.