İmkan daxilində nəzir etmək
Bir şəxs nəzir etmişdir ki, bir il müddətində hər gün atasının məzarı üstünə gedib bir cüz Quran tilavət etsin. Lakin indi qışın soyuğuna görə və ya (yayda) həddən artıq istilərə görə buna gücü çatmır. Sual budur ki, bu işi öz evində yerinə yetirə bilərmi? Yaxud yayda gecələr məzar üstünə gedib Quran oxuya bilərmi?
Gücü çatdığı qədər öz nəzirinə əməl etsin
Zəruri hallarda nəziri nəzərdə tutulmuş yerdən başqasında yerinə yetirmək
Bir şəxs Beytullahil-hərama (Kəbəyə) gedəcəyi təqdirdə qızıl navalçanın altında Quranı bir dəfə xətm edəcəyini nəzir etmişdir. Lakin ora gedəndən sonra təmir işlərinə görə o məkanda Quran oxumaq mümkün olmasa, onun vəzifəsi nədir?
Ehtiyat vacib budur ki, Məscidül-həramın oraya yaxın olan digər bir yerində bu işi yerinə yetirsin.
Aşura günü uşağın başını yarmağı nəzir etmək
Ata və ana nəzir edirlər ki, Allah onlara oğlan övladı verərsə Aşura günü onun başını ülgüclə yaracaqlar. Amma belə əməllərin Şiələrin və Seyyidüş-şühəda (əleyhis-səlam)-ın matəm məclislərinin süstləşməsinə və İslam düşmənlərinin bundan sui-istifadə etməsinə səbəb olmasını nəzərə alsaq, belə nəzirlərə əməl etmək vacibdirmi?
Belə bir nəzir səhih deyil. Çünki, nəzirdə əməlin rüchanı (üstün, bəyənilən və xeyirxah olması) şərtdir. Bu əməlin isə Allaha yaxınlaşmaq üçün ən yaxşı və fəzilətli işlərdən olan Ali-əbanın beşincisinin (əleyhis-səlam) matəm mərasimini sual altına almaq üçün İslam düşmənlərinin əlinə bəhanə verəcəyini nəzərə alsaq, işkalsız deyil. Əgər bu əməlin rüchanını fərz etsək belə, başqası barəsində nəzir etmək səhih deyil.
Qeyri-məlum məkanlara nəzir demək
Bəzi şəxslər naməlum məkanlara (məsələn, Əmirəl-möminin (əleyhis-səlam)-a aid olan qədəmgahlara) nəzir deyir, sonra həmin məkanlarda onu ehsan şəklində sərf edirlər. Bu iş caizdirmi?
Sözü gedən xərclərin eybi yoxdur. Lakin insanlar diqqət etməlidir ki, belə nəzirləri Əmirəl-mömininə (əleyhis-səlam) məhəbbət və rəğbət nümayiş etdirmək adı ilə və bu məkanların da ona mənsub edildiyinə görə xərcləmək lazımdır. Nəinki, bu məkanlar qəti şəkildə o həzrətin qədəmgahıdır. Belə işlər naməlum məkanların xalqın gözündə etibar əldə etməsinə səbəb olarsa işkalı var.
Qanı kamil şəkildə çıxmayan başı kəsilmiş heyvan
Bütün şəriət qaydalarına riayət etməklə başı kəsilən, lakin başı kəsiləndən dərhal sonra qaynar suya salınan heyvanın – belə ki, damarları bağlanırsa və yarım-bağlı vəziyyətə düşərək nəticədə normal miqdarda gəlməli olan qan çıxmırsa – ət və içində qan olan damarları baxımından hökmü necədir?
Onun əti halaldır, lakin ehtiyat budur ki, daxilində olan qandan istifadə olunmasın.
Şirin sularda yaşayan xərçəng və şahmeyqu
Zoologiya mütəxəssislərinin dediklərinə görə ölkəmizin cənub sularında “Şahmeyqu” deyilən uzun xərçəng, habelə Ənzəli bataqlıqlarının şirin sularında və ona bağlı çaylarda, eləcə də ölkə daxilində olan bəzi şirin sularsa “Şirin su xərçəngi” deyilən bir növ uzun xərçəng yaşayır ki, bədən quruluşuna görə meyquya (xırda dəniz xərçənglərinə) çox oxşarlıqları var. Zahiri quruluşuna görə “Şahmeyqu” və “Şirin su xərçəngi” ilə dəniz və çayların kənarında yaşayan, girdə və yastı bədən quruluşuna malik olan adi məşhur xərçənglər arasında böyük fərq vardır. Bunlar halaldır, yoxsa haram?
Şəriət hökmü bu kimi hallarda mövzunun xalq arasında təsdiqlənməsinə tabedir. Ona xərçəng deyilirsə, haramdır, amma əgər krevet (rubiyan, meyqu) adı ilə məşhurdursa halaldır. Bu mövzunu aydınlaşdırmaq üçün balıqçılara müraciət edin.
Kafirlərdən alınan yeyinti məhsulları
Kafirlərin əlindən alınan yeməklərin hökmü nədir?
Əgər bu yeyinti məhsullarının sexlər, dəzgahlar və ya əlcək vasitəsilə hazırlandığına ehtimal versək, heç bir eybi yoxdur. Amma əgər bu məhsulların rütubətli halda onların əl və bədəni ilə təmasda olduğuna yəqin əldə etsək, ehtiyata görə zəruri olmayan hallarda bu məhsullardan çəkinmək lazımdır. Lakin zəruri hallarda, məsələn, qeyri-müsəlman ölkələrə səfər zamanı bunlardan çəkinmək çətin olan hallarda çəkinməyə bilərsiniz.
İdxal olunan sosiska
Xarici ölkələrdə idxal edilən sosiskaların hökmü nədir? Onlar haramdır, yoxsa halal?
İslam qaydaları ilə başı kəsilməyən heyvanların ətindən istifadə olunan yeyinti məhsulları haramdır.
İdxal olunan ət məhsulları
Qeyri-müsəlman ölkələrdən idxal olunan ətlərin hökmü nədir?
Əgər müsəlman bazarından və müsəlmanın əlindən alınarsa və alıcının (bu barədə) araşdırma apardığını ehtimal verirsinizsə, pak və halaldır.
Donuz sümüyündən hazırlanmış jelatin
. Donuz və ya inək sümüyündən hazırlanan jelatinin hökmü nədir? Tərkibində vitamini olan maddələrin çoxu, habelə ABŞ-da istehsal olmuş dərman preparatlarının çoxu və hətta bəzi şirniyyatlar da bu maddədən hazırlanır.
Bu maddədən zərurət halında istifadə etməyin eybi yoxdur.
Jelatinin hökmü
Jelatin- esid (qələvi) və bəzi kimyəvi maddələrin təsirindən sonra xas mərhələlərdən keçmiş donuz və ya inəyin sümük və dərisindən hazırlanmış maddəyə deyilir. Hazırlanma baxımından sümük və dərini müxtəlif liflərdən toxunmuş parçaya təşbeh etmək olar ki, yun liflər onlardan ayrılır. Bu maddə yeyinti sənayesində, təbabətdə, fotoqrafiyada, yapışqan hazırlanmasında işlənir. Hal-hazırda bu maddənin istehsalçıları qərb dövlətləridir. Onlar dünyanın bu maddəyə olan tələbatını ödəyirlər. Bütün bunları nəzərə almaqla:1) Jelatinin dəri və sümükdən alınma üsuluna nəzər salsaq, bunu bir növ istihalə saya bilərikmi?2) Ölkənin tələbatı hal-hazırda xarici və xüsusilə də qərb ölkələrindən təmin olunduğunu habelə bu məhsulun xammalını nəzərə alsaq, ondan istifadə etməyin nə hökmü vardır?
Şübhəli hallarda belə ki, onun hansı maddədən hazırlandığını bilmiriksə hökmü halal və pakdır. Bu barədə araşdırma aparmaq da lazım deyil. 2) Əgər onun haram və nəcis maddədən alındığına yəqinimiz olsa istihalə ona şamil olmur. Lakin onu pak və halal olması üçün başqa yol mümkündür.
Tərkibində spirt olan içkilər
Tərkibində təbii olaraq çox az miqdarda spirti olan - sirkə və spirtsiz arpa suyu kimi - mayelərdən və yeyinti məhsullarından istifadə etməyin hökmü nədir?
Onlara “spirtli içkilər” deyilmirsə, eybi yoxdur.
Spirtli içkiləri saxlamaq
Sizin mübarək nəzərinizə görə spirtli içkiləri saxlamağın hökmü nədir?
Haramdır və təzirə (qazının təyin etdiyi cəza növünə) səbəb olur. Yalnız mühüm bir hədəf üçün olan hallarda və ya onun sirkəyə çevirmək istəsələr, eybi yoxdur.