Naməhrəm qadının gülüş səsinə qulaq asmaq
Fəsada səbəb olmazsa, naməhrəm qadının gülüş səslərinə qulaq asmağın hökmü nədir? Habelə, fəsadı olan halda hökmü nədir?
Xüsusi bir fəsadla nəticələnməsə, maneəsi yoxdur.
Naməhrəmi müayinə etmək üçün müəllimin göstərişinə əməl etmək
Şəriətin vacib əməllərinə laqeyd və etinasız olan, qız tələbələr olan yerdə xəstə qadınların müayinəsini oğlan tələbələrə tapşıran bir müəllimin göstərişlərinə tabe olmağın hökmü nədir? Habelə, bu müəllimin göstərişlərindən boyun qaçırmağın özünü kafi və qeyri-kafi qiymətlərdə göstərməsi də mümkündür.
Zəruri olmayan belə bir halda ağlabatan bir şəkildə boyun qaçırmalıdır. Amma qadınların müayinəsi tibbi təhsilin təkmilləşməsi üçün lazım olarsa (qadınların həyatının xilas olunmasına səbəb olan elm və biliklər), bu halda caizdir.
Meyqunun halal olma şərtləri
Geniş şəkildə ovlanan, əti yeyilən və meyqu (krevet) adı ilə məşhur olan ərbiyan (rubiyan) barəsində buyurmuşlar ki, onun pulcuğu var. Bu, (pulcuqlu olmaq nəzəri) meyqunun bütün növlərinə aiddirmi? Çünki, Şahmeyqu adi ilə (onun xarici adı Labisterdir) məşhur olan bir meyqu (krevet) var ki, ərbiyanın bütün xüsusiyyətləri onda gözə dəyir. Yalnız bu fərqlə ki, onun cüssəsi böyükdür. Sual belədir ki, yalnız bir növ ərbiyan halaldır, yoxsa vahid xüsusiyyətlərə malik olmaqla ərbiyan və meyqu adlanan heyvanların hamısı halaldır?
Ərbiyan növləri arasında heç bir fərq yoxdur. Lakin adi ərbiyanlar kimi pulcuğu olması gərəkdir.
Qız tələbələrin lövhədə dərs danışmaları
Tələbə qızlar dərsdə keçilənlər və ya elmi məsələlər barəsində oğlanlar arasında lövhəyə çıxıb dərsi danışa bilərlərmi?
Orada şəriət meyar və qanunlarına riayət olunarsa və xüsusi bir fəsadı da olmasa, maneəsi yoxdur.
Zinanın haramlığının zati və yaxud ərəzi olması
Zinanın haramlığı zatidir yoxsa ərəzi?
Əgər “zati” dedikdə məqsədiniz zinanın haramlığının onun ziyanlı nəticələri ilə heç bir əlaqəsi olmamağıdırsa, (yəni zina ziyanlı nəticə versə də, verməsə də haramdır) cavab budur ki, bəli, zinanın haramlığı zatidir.
Naməhrəm fotoqrafın şəkilləri çıxartması
İslami hicabı olmadan çəkilən fotoşəkli çıxarmaq üçün naməhrəm fotoqrafa verməyin işkalı varmı?
Fotoqraf şəklin sahibini tanımasa, habelə xas bir fəsada səbəb olmasa, maneəsi yoxdur.
Birinci arvadın kürəkəninin ikinci arvada məhrəmliyi
Bir kişinin iki arvadı və hər arvaddan bir neçə qızı var. Qızların hamısını ərə vermişdir. Bu qızların ərləri o kişinin digər arvadına məhrəmdirlər? İstər bu qızlardan, istər o biri qızlardan olan övladlar və nəvələr o kişinin digər qadınlarına məhrəmdirmi?
Uşaqlar və nəvələr kişiyə və qadına məhrəmdirlər. Lakin bir qadının kürəkəni digərinə məhrəm deyil.
Gəlinin bəkarətini müayinə etmək
Gəlin gedəcək qız ehtiyat edərək öz bakirəliyini yoxlamaq üçün qadın həkimə və ya qadın həkimi olmayan yerdə kişi həkiminə müraciət edərsə, bu iş, toxunmaq lazım olduğunu nəzərə almaqla caizdirmi?
Bu işi etməmək mühüm fəsad və ixtilafların yaranmasına səbəb olarsa, caizdir. Belə halda imkan daxilində qadın həkiminə müraciət olunmalı və mümkündürsə, baxmadan, məsələn, əlcək və bu kimi vəsaitdən istifadə etməklə bir-başa olmayan şəkildə toxunmaqla olmalıdır.
Naməhrəmin yanında dərs oxumaq
Bir qadın gələcəkdə özünə halal gəliri olan bir peşə seçmək üçün öz təhsilini davam etdirmək istəyir. Lakin hal-hazırda təhsili davam etdirmək naməhrəmlərlə qarşılaşmağı məsələn, naməhrəm kişinin yanında dərs oxumağı və ya kişilərlə bir sinfə getməyi tələb edir. Belə bir şəraitdə təhsil almaq caizdirmi?
Naməhrəm kişi ilə xəlvətdə olmaq və ya digər fəsadlar kimi, haram işlərlə yanaşı olmazsa, eybi yoxdur.
Kişilərin qadınlara məxsus paltar tikmələri
Kişi dərzinin qadın paltarı tikməsinin hökmü nədir?
Fiziki toxunmaq və digər haram əməlləri tələb etməzsə, eybi yoxdur.
Zənn, güman və vasvasılıq
Vasvası olan şəxslər öz ehtimal və gümanlarına əməl etməlidirlərmi? (Bu ehtimal və gümanlar güclü olsa necə?)
Ehtimal və güman meydana gəlməsə də belə, adi camaatın əməl etdikləri miqdarla kifayətlənməlidirlər.
Talağı verilmiş və ya dünyadan getmiş arvadın şəkillərinə baxmaq
Ərlə arvad bir yerdə fotoşəkil çəkdirirlər, lakin kişinin və qadının kamil və kifayət qədər hicabı yoxdur. Sonra kişi və ya qadın dünyadan gedir və ya bir-birindən ayrılırlar. Ölümdən və ya boşanandan sonra keçmişdə çəkdirdikləri şəkillərə baxa bilərlərmi?
Vəfat hallarında eybi yoxdur, lakin boşanma hallarında baxmasınlar.
Köçəri tayfaların qadınlarına baxmaq
Çadırlarda yaşayan və adətən, baş tüklərinin bir qismi görünən qadınların üzlərinə baxmağın naməhrəm kişi üçün hökmü nədir? Qeyd etmək lazımdır ki, onlar belə geyinməyə adət etmişlər və heç bir öyüd-nəsihətə, xəbərdarlığa da qulaq asmırlar.
Əgər ləzzət almaq və reybə qəsdi olmasa, eybi yoxdur.