Diyənin bölünmə üsulu
Bir şəxs başqasının arvadını qətlə yetirərsə və bu qadının da ərindən başqa varisi yoxdursa, qadının əri həyat yoldaşı ilə evlənərkən xərclədiyi vəsaiti qatildən tələb edə bilərmi? Yas mərasimi təşkil etmək və ehsan verməyin şəriət baxımından vacib olmadığını nəzərə alsaq, belə xərcləri də qatildən tələb edə bilərmi?
Təkcə diyə səhmini ala bilər və yuxarıda deyilən xərcləri tələb etməyə haqqı yoxdur.
Meyqunun halal olma şərtləri
Geniş şəkildə ovlanan, əti yeyilən və meyqu (krevet) adı ilə məşhur olan ərbiyan (rubiyan) barəsində buyurmuşlar ki, onun pulcuğu var. Bu, (pulcuqlu olmaq nəzəri) meyqunun bütün növlərinə aiddirmi? Çünki, Şahmeyqu adi ilə (onun xarici adı Labisterdir) məşhur olan bir meyqu (krevet) var ki, ərbiyanın bütün xüsusiyyətləri onda gözə dəyir. Yalnız bu fərqlə ki, onun cüssəsi böyükdür. Sual belədir ki, yalnız bir növ ərbiyan halaldır, yoxsa vahid xüsusiyyətlərə malik olmaqla ərbiyan və meyqu adlanan heyvanların hamısı halaldır?
Ərbiyan növləri arasında heç bir fərq yoxdur. Lakin adi ərbiyanlar kimi pulcuğu olması gərəkdir.
Naməhrəm qadının gülüş səsinə qulaq asmaq
Fəsada səbəb olmazsa, naməhrəm qadının gülüş səslərinə qulaq asmağın hökmü nədir? Habelə, fəsadı olan halda hökmü nədir?
Xüsusi bir fəsadla nəticələnməsə, maneəsi yoxdur.
Möhləti təyin olunan mehriyyəni tələb etmək
Bir qızın mehriyəsinin bir hissəsi möhlətsiz, bir hissəsi də möhlətli şəkildə olmuşdur. Möhlətsiz nəzərdə tutulan məbləği əqd məclisində təhvil almışdır. Möhlətli hissəsi üçün isə müəyyən zaman təyin olunmamışdır. Lakin oğlanın halından və sözlərindən sanki onun ağır mehriyədən imtina etməsi məlum olurdu. Qızın atası isə dedi ki, mehriyəni kim alıb, kim verib. Bunlardan belə başa düşmək olar ki, ödənilmə zamanı toy mərasimindən (yaxınlıqdan) sonradır. Amma qız indi öz valideynlərinin təhrikləri ilə möhlətsiz mehriyəni də almaqda israr edir. Belə bir şəraitdə qız və ya onun valideynləri mehriyənin yerdə qalanını alana qədər toydan boyun qaçırmağa haqları varmı?
Möhlətli mehriyə nəzərə çarpacaq bir zaman fasiləsi ilə ödəniləcəyinə dair dəlillər mövcud olmuşdursa, qızın yaxınlıqdan imtina etməyə haqqı yoxdur.
Məsum İmamlara nəzir demək
Həzrət Zəhraya (əleyha səlam), həzrət Əbəl-fəzl Abbasa (əleyhis-səlam), həzrət Seyyidüş-şühədaya (əleyhis-səlam) və digər imamlara (əleyhiməs-səlam) nəzir demək caizdirmi?
Bu böyük insanlara üçün Allah-taala xatirinə nəzir demək caiz və şəriət baxımından qanunidir.
Tibb bacısının müharibə əlillərinə necə məhrəm olması
Mən İslam İnqilabı əlillərindən biriyəm ki, boyundan aşağı iflicəm və öz işlərimi görməyə heç cür qadir deyiləm. Bacılardan birinin Allah rizası üçün, cinsi məsələlərdən başqa bütün işlərimi görməyə razı olduğunu nəzərə alsaq, bizim məhrəm olmağımız üçün hər hansı bir yol varmı?
Əgər o qızla sizin atanızın arasında müvəqqəti əqd (qısa müddət üçün olsa belə) oxunsa, siz həmişəlik ona məhrəm ola bilərsiniz. Əlbəttə, həyat yoldaşı kimi deyil, ana-bacının məhrəmliyi kimi.
Naməhrəmlər arasında təhsil almaq
Bəzən oğlan tələbə qız tələbələrin arasında və ya əksinə, qız oğlanlar arasında dərs oxuyur. Bu şəkildə dərs oxumaq caizdirmi?
Əgər haram işə səbəb olmazsa, eybi yoxdur. Lakin yaxşı olar ki, İslam ölkələrinin rəhbərləri qız və oğlan tələbələrin təhsil aldıqları elm ocaqlarını bir-birindən ayırmaq üçün proqramlar tərtib etsinlər.
Naməlum mehriyyə mehriyyə
Mehriyə 300 000 tümən və kürəkənin əmlakının yarısından ibarət olarsa, bu mehriyə batil deyilmi?
Bu mehriyə məchul və batildir. Onun yerinə mehrul-misl verilməlidir.
Həyat yoldaşının müstəhəb əməlləri yerinə yetirməyi qadağan etməsi
Əgər qadın yerinə yetirdiyi müstəhəb əməllərin çoxluğundan həddən artıq yorularsa və nəticədə əri ondan lazımi ləzzətləri ala bilməsə, ərinin onu belə müstəhəb əməllərdən çəkindirməyə haqqı varmı? Belə məqamlarda ərə tabe olmaq vacibdirmi?
Kişinin onu çəkindirməyə haqqı yoxdur. Amma cinsi ləzzətlər tamamilə aradan gedərsə, bu halda ərin hüquqlarına maneə törətdiyinə görə, qadın onun icazəsi olmadan nəsə bir müstəhəb əməllə məşğul olmağa haqqı yoxdur.
Tibbi praktika üçün cinsiyyət orqanlarına baxmağın hökmləri
Tibb və tibb bacısı ixtisaslarında təhsil alan tələbələr üçün mamalıq və doğuş sahələrində dərs vahidlərini oxumaq məcburidir. Bu məcburiyyət təhsil üçün qadının cinsiyyət orqanlarına baxmağı caiz edirmi?
Belə bir dərsin keçilməsi yalnız zəruri hallarda caizdir.
Saqqalı qırxmağın bədən üzvlərini kəsmək olduğunu deyən hədislərin mənası
Saqqalı qırxmağın müslə – bədən üzvlərini kəsmək olduğunu bəyan edən bəzi rəvayətlər, saqqalı qırxmağın haram olmasını isbat etmirmi?
Bu hədislərin bir şəxsin zorla digər şəxsin saqqalını qırxdığı hallara məxsus olduğu ehtimalı var. Amma əgər onun razılığı ilə qırxarsa, hərçənd ehtiyat vacib bunu etməmək olsa da, “bədən üzvünü kəsmək” ünvanına daxil deyil.
Kişilər üçün mənini ayırd etməyin şərtləri
Həzrət İmamın (quddisə sirruhuş-şərif) risaləsində oxudum ki, əgər insandan məni gəlsə, istər ixtiyarla olsun, istərsə ixtiyarsız; istər şəhvətlə olsun, istərsə şəhvətsiz, cünub (cənabətli) olur. Hal-hazırda mən əsgərəm. Xidmət etdiyimiz hərbi hissədəki tualetlər çox qaranlıqdır. Bir müddət olar ki, bövl vaxtı və ya bövldən sonra məndən ixtiyarsız məni çıxır. (Bu barədə əminəm). Həzrət İmamın (rizvanullah taala ələyh) fitvasına görə mən cünub (cənabətli) oluram. Problem burasındadır ki, gecələr bövlü dəqiq görmək olmur. Əgər məndən məni gəlməsinə şəkk etsəm, qüsl almalıyam ya yox? Əlavə etməliyəm ki, burada hamamların qızdırıcı cihazı yoxdur. (Çünki yalnız gecələr hamama gedə bilərik.) İndi də qışdır. Gecə su soyuq olur. Bir neçə dəfə hamama getdim, böyrəklərimə soyuq dəydi. Hamama getmək də bir qədər zəhmətlidir. Xahiş edirəm yazasınız ki, mən nə etməliyəm? Sözü gedən hallarda cünub (cənabətli) sayılırammı?
Mənini tanımaq üçün əlamətlər var. Onları öyrənmək üçün "Tozihul-məsail"- imizin 361-ci məsələsinə müraciət edin. Yeri gəlmişkən, insandan rütubət çıxarsa və bunun məni və ya başqa rütubət olduğunu bilməsə (yəni məzi, vəzi və vədinin hər üçü pakdır, qüslü yoxdur və dəstəmazı da batil etmir,) bu halda əgər sıçrayış və şəhvətlə olsa (yəni ləzzət almaq və xoşallanmaq) o rütubət məni hökmündədir. Amma bövldən sonra gələn yapışqan rütubət məni deyil. Hər yerdə şəkkiniz olsa qüsl almaq vacib deyil. Hər vaxt məni gəlməsinə yəqin əldə etdinizsə, isti su olmadığına görə və ya digər səbəblərdən qüsl ala bilməsəniz, qüsl yerinə təyəmmüm alın. Bədəninizi paklayın. Pak paltarlarla namazınızı qılın. Bunun müddəti çox olsa belə, sizin üçün işkalı yoxdur.
Məhkəmə və müalicə xərclərinin cinayətkardan alınması
Cinayətkar şəxsin diyədən başqa zərərçəkənə – vurulan xəsarətlər nəticəsində – dəyən sair zərərləri də ödəməsi lazımdırmı? Məsələn, məhkəmə xərcləri və iş-gücündən qalmağına görə dəyən ziyanlar və s.
Cinayətkar şəxs (şəriətdə) nəzərdə tutulan diyədən artığına şəriət baxımından zamin deyil, lakin müalicə xərcləri diyədən artıq olarsa, ehtiyat vacib artıq xərci ödəməkdir.

