Qəsb olunmuş Quranın üzündən tilavət etmək
Əgər bir şəxs sahibinin icazəsi olmadan bir Quranı götürüb istifadə etsə, tilavət etdiyi surətdə onun qiraətinə savab düşürmü?
Çətin məsələdir (savab qazanmasını demək olmaz).
Oğrunun kəsilmiş əlini yerinə tikmək
Oğrunun əli kəsiləndən sonra əlini əvvəlki yerinə bilərmi?
Fiqhin qisas bölümündə bu məsələ məşhurdur ki, cani kəsilmiş qulağı öz əvvəlki yerinə tiksə (peyvənd etsə) və bu peyvənd tutsa, zərərçəkən özü kimi olsun deyə, onu kəsə bilər. İmam Baqirdən (əleyhis-səlam) buna aid sənədi mötəbər olan, yaxud ən azından səhabələrin əməl etdikləri bir hədis nəql olunmuşdur. Bu hədisin xüsusiyyətlərini kənara qoymaqla (ümumiləşdirməklə) məzmununu cəzalar fəslinə aid etmək çətin olsa da oğrunun əlinin kəsilməsini çatdıran dəlil və sübutların zahiri bunu göstərir ki, onu peyvənd etmək caiz deyil. Xüsusilə də “İləl” və ”Uyun”-da İmam Rizadan (əleyhis-səlam) nəql olunan hədisdə deyilir:وعلّة قطع اليمين من السارق لانه تباشر الاشياء (غالباً) بيمينه و هى افضل اعضائه و انفعهاله فجعل قطعها نكالا و عبرة للخلق لئلا يبتغوا اخذ الاموال من غير حلّها و لانّه اكثر ما يباشر السرقه بيمينهBu məna peyvənd etməklə uyğun deyil. Digər bir hədisdə deyilir:عن النّبى(صلى الله عليه وآله) انّه اتى بسارق فامر به فقطعت يده ثم علقت فى رقبته(“Cəvahir”, 41-ci cild, səh. 543, “Sünəni-Beyhəqi”, 8-ci cild, səh. 275)
Qeyri-qanuni aborta görə diyə
Qadın şəri baxımdan qeyri-qanuni yolla hamilə olmuş, sonra bətnindəki uşağı saldırmışdır:1) Uşağın diyəsi varmı?2) Diyəsi varsa, kimə çatmalıdır?
Ehtiyat vacib, 800 dirhəm miqdarında diyə ödəməlidir. Uşaq kamil olsa, (sözü gedən uşağın böyüyüb həddi-buluğa çatdığı və İslam dinini qəbul etdiyi təqdirdə, kamil diyəsi olacaqdı) onun diyəsi yalnız imama və ya imamın naibi olan cameüş-şərait müctəhidə çatacaqdır ki, müsəlmanların məsləhəti üçün sərf edilsin. Bu uşaq yaşasaydı, evlənib uşaq sahibi olsaydı, diyəsi onun həyat yoldaşına və övladlarına çatacaqdı.
Həyat yoldaşının icazəsi ilə istimna
Evli bir şəxs, öz qadınının icazəsi ilə istimna edirsə, bu istimna haramdırmı?
Əgər bu istimna arvadı ilə eşqbazlıq etməklə baş versə, eybi yoxdur. Amma əgər özü istimna etsə, istər arvadının razılığı ilə olsun, istərsə olmasın, haramdır.
Dirhəm və dinar əvəzinə mal-qara
Ekspertlərə, habelə qızıl-gümüş alğı-satqısı ilə məşğul olanlara şəri dirhəm və dinar haqda müraciət etməklə onun qiyməti və dəyəri barəsində araşdırmalar heç bir nəticə vermədi. Sual budur ki, 1000 dinarı və ya 10000 dirhəmi 1000 baş qoyun və ya 200 baş qaramal, yaxud da 100 baş dəvə ilə müqayisəli şəkildə dəyərləndirib, onu mövcud vahidlə, məsələn, qoyun və ya dəvə ilə ödəmək caizdirmi?
Adi və orta səviyyəli 200 dəst paltarın qiymətini hesablayıb vermək olar. Çünki “hullə” libas mənasındadır və onun Yəmən malı olması da şərt deyil. Habelə, dirhəm və dinarın əvəzinə qoyun, inək və dəvədən də istifadə etmək olar.
Təxəyyüllə istimna etmək
Təxəyyül və fikirləşməklə (şəhvət mənzərələrini gözləri önündə canlandırmaqla) istimna etmək mümkündürmü? Əgər bu halda insandan maye çıxarsa, onun hökmü nədir?
Təxəyyüllə istimna etmək tamamilə mümkündür. Lakin məninin (spermanın) əlamətləri olmayan şübhəli bir maye çıxarsa və yaxud məninin əlamətlərindən bəzisi onda olarsa, məni sayılmır.
Xarici banklarla nağd və nisyə alğı-satqı müqavilələri
Bəzən İran bankları onlardan xaricdən tələb olunan borcları vaxtında ödəyə bilmədikləri üçün müxtəlif çıxış yollarına əl atırlar. O cümlədən: banklardan biri bəzi xarici banklarla belə bir müqavilə bağlamışdır ki, o müqaviləyə əsasən, xarici bank İran bankının tərəfindən müamilə pulunu həmin ölkədə vəd verilmiş vaxtda satıcıya ödəyir və bir ildən sonra onun pulunu 9% əlavə ilə İran bankından və 6 %-də satıcıdan vaxtında ödəniş üçün sığorta qiyməti olaraq alır. Yəni satıcıdan mal alınandan sonra xarici bank ilə İran bankı arasında bağlanan müqavilədən təxminən üç ay sonra xarici bank satıcının pulunu ona verir, lakin ödədiyi pulu bir il sonra İran bankından 9% gəlirlə təhvil alır. Bu iş üsuluna görə İran bankı alıcı tərəfindən müamilənin müqaviləsi bağlanan gün 100% müamilə məbləğini və bundan əlavə xarici bankla razılıq əldə olunmuş 9% gəliri alıcıdan alır, satıcı da pulunu vaxtında almağı öz təbii haqqı bilir və 6 % zəhmət haqqını vaxtında ödənişə görə “sığorta məbləği” ünvanında xarici banka ödəyir, həqiqətdə malın qiymətinə əlavə edir və onu istehlakçılardan alır. Satıcının alıcıdan əlavə bir şey almadığını nəzərə alsaq, alıcı üçün yuxarıda deyilən şəkildə müamilə səhihdirmi?
Əgər siz bu işin mahiyyətindən xəbərdarsınızsa və buna razılıq verirsinizsə, sizin üçün eybi yoxdur. Yəni siz öz pulunuzu banka “gəlirsiz borc” kimi verirsiniz və bank malı sizin üçün nisyə şəklində və nağd qiymətindən baha qiymətə alır. Bu şərtlə ki, siz müvafiq sığorta qiymətini də ödəyəsiniz. Bu surətdə yuxarıda deyilən müamilələr şəriət baxımından sizin üçün səhih olacaqdır. Lakin bu iş banka o halda caizdir ki, İslam cəmiyyətinin məsləhəti xarici tərəflə bu şəkildə müamilə etməyi tələb etsin. Bundan qeyri halda caiz deyil.
Diyə ödənməmişdən cinayətkarın ölümü
Bir şəxs qəza hadisəsində digər şəxsi öldürmüşdür. Məhkəmə qatilin diyə ödəməsi barədə qərar çıxarmışdır. Lakin qatil diyəni ödəməzdən öncə dünyasını dəyişmişdir. Sual budur ki, bu diyəni ödəmək onun varislərinə vacibdirmi?
Diyə sair borclar kimidir və onu vəfat edən şəxsin malının əslindən (üçdə biri çıxılmazdan və vərəsələr arasında bölünməzdən öncə) ödəmək vacibdir.
Abortun diyəsi
Bağlanan (mayalanan) nütfəni (spermanı) tələf etməyin, habelə uşağı saldırmağın diyəsi nə qədərdir?
Yalnız (mayalanmış) nütfə olsa, 20 şəri misqal qızıl (20 dinar), bağlanmış (laxta) qan şəklində olsa 40 misqal (40 dinar), müzğə (ət) şəklində olsa 60 misqal (60 dinar), ətsiz sümük şəklində olsa 80 misqal (80 dinar), əgər kamil uşaq olsa, amma ruhu və hərəkəti olmasa 100 misqal qızıl (100 dinar) və ona ruh verildiyi təqdirdə isə 1000 misqal (1000 dinar) oğlan uşağı üçün və 500 misqal (500 dinar) qız uşağı üçün diyə verilməlidir. (Şəri misqal dedikdə 18 noxud nəzərdə tutulur ki, bu da dövriyyədə olan misqalın dörddə üçü deməkdir.)
Yanğın nəticəsində bədənin dərisinin aradan getməsi
Bir şəxs digərinin üzərinə benzin töküb onu yandırmışdır. Habelə, onun bədəninin bəzi hissələrinə xəsarət yetirmişdir. Belə ki, bədəninin həmin hissələrinin dərisi çıxmışdır. Lakin sonradan yanıq yaraları sağalmışdır. Xahiş edirik ki, aşağıdakı suallara cavab verəsiniz:1) Sözü gedən cinayətə diyə düşür, yoxsa ərş (sağlamla eyiblinin qiymət fərqi)?2) Diyə düşürsə, onun miqdarı nə qədərdir?3) Diyə (və ya ərş) düşdüyü təqdirdə, dəyən zərərləri sağaltmaq və nöqsanları bərpa etmək istiqamətində aparılan müalicə və cərrahiyyə əməliyyatı üçün lazım olan xərcləri kim ödəməlidir?
Sözü gedən cinayətə diyə düşmür, ərş düşür. Ehtiyat vacib odur ki, cinayəti törətmiş şəxs ərşin məbləğindən artıq olan müalicə xərclərini də ödəsin.
Podratçı tərəfindən verilən diyə
Fars körfəzi ətrafı ölkələrində fəaliyyət göstərən bəzi şirkətlərdə belə bir qanun mövcuddur ki, bu şirkətlərdə çalışan işçi və yaxud fəhlələr iş başında ikən qəza hadisəsi nəticəsində, məsələn, binadan yıxılaraq ölərsə, 30 milyon tümən məbləğində pul diyə olaraq vəfat etmiş şəxsin varislərinə ödənilir. Bu məbləğin hökmü nədir?
Əgər sözü gedən diyənin ödənilməsi, fəhlə işə götürülən zaman şərt kimi qeydə alınmışdırsa, eybi yoxdur. Bu şərt işçi ilə bağlanan müqavilədə qeyd oluna, habelə oranın fəhlələrinin ürfündə ümumi qanun kimi işə götürülmənin ümumi şərtlərindən biri olaraq qəbul oluna bilər.