Bir məktubda üçdən artıq sual yazmayın

Sualınızı qısa, xülasə şəklində bir neçə sətirdə bəyan edin. Uzun-uzadı ifadələr yazmaqdan çəkinin

Yuxu yozma, istixarə və buna bənzər suallar verməyin

captcha
انصراف
انصراف

Ziharın kəffarəsin

Mən 24 il olar ki, öz arvadımla bir yerdə yaşayıram və altı uşaq sahibiyik. Bu illərdə daim qayınatam, qayınanam və qaynım işlərimə birbaşa müdaxilə ediblər. Çox acı həyat keçirmişəm. Belə ki, bir müddət öncə artıq bıçaq sümüyə dirəndi və arvadımdan ayrılmaq qərarına gəldim. Öz qərarımda ciddi olduğuma görə bir neçə dəfə (amma Fars dilində) dedim: “Arvadım mənim üçün bacım və anam kimi olsun!” Hal-hazırda arvadım öz keçmişindən peşman olmuş və söz vermişdir ki, bir daha əvvəlki kimi öz qohumlarının təhrikli sözlərinə qulaq asmayacaq. Mən də istəyirəm ki, onun üçün (sözündə sadiq olmasını bilmək üçün) yeni bir fürsət yaradım və onunla yaşayım. Yuxarıda söylədiklərimə əsasən onunla bir ər-arvad kimi yaşaya bilərəmmi?

Əgər bu sözü iki şahidin olduğu bir yerdə demişsinizsə, o qadın da adət (heyz) halında olmamışdırsa, pak olandan sonra onunla yaxınlıq etməmişsinizsə, kəffarə verməlisiniz. Onun kəffarəsi iki ay oruc tutmaqdır ki, onun otuz bir günü ardıcıl şəkildə (arada fasilə olmadan) olmalıdır. Oruc tutmağa gücünüz çatmasa, 60 miskinə yemək verməlisiniz. Amma iki adil şahidin şahidliyi ilə olmamışdırsa, heç bir kəffarəsi də yoxdur və bu söz təsirsizdir. Qeyd etmək lazımdır ki, kəffarə lazım olan surətdə kəffarə verməyənə qədər (qadın sizə) halal olmayacaqdır.

Zövcəni asılı vəziyyətdə saxlamaq və talaqdan imtina etmək

Həyat yoldaşı barəsində öz öhdəliklərinə və vəzifəsinə əməl etməyən və ona talaq da vermək istəməyən kişinin hökmü nədir?

Bu kişi öz öhdəliklərinə əməl etməlidir. Əgər arvadı qərarsız vəziyyətdə saxlasa və bu qadın barəsində öz şəri vəzifələrinə əməl etmək istəməsə, şəriət hakimi onu talaq verməyə məcbur edəcək və talaq vermədiyi təqdirdə şəriət hakiminin özü qadının istəyi ilə ona talaq verə bilər.

Yatırım pullarının artımı

Hazırda Allaha şükürlər olsun ki, İslam Respublikasının hakimiyyəti dövründə yaşayırıq. Şəhidlərin qanı, insanların fəaliyyətləri, Həzrət İmam Xomeyninin (r.ə) görüşləri və rəhbərliyinin xeyir-bərəkəti sayəsində tağut rejimi devrilmişdir. Belə bir zamanda banklara pul qoymağın hökmü nədir? Bankların hesablardakı pullar üçün nəzərdə tutduqları faizi almaq olarmı? Habelə, banklardan borc alıb əlavə faiz verməyin hökmü necədir?

Bankın könüllü surətdə pul qoyanların hesablarına keçirdiyi faiz və əlavə məbləğin heç bir maneəsi yoxdur. Lakin bu, müqavilə şəklinə salınmamalıdır. Amma şəriət əqdləri baxımından bankın nizamnaməsinə müvafiq şəkildə əməl olunarsa, sabit əmanətlərin faizinin və bankdan alınan (və artıqlaması ilə ödənən) borcların maneəsi yoxdur. Şübhəli hallarda isə, onun səhih olduğunu əsas götürmək olar. Lakin şəri əqdlərin nizamnaməsinə əməl olunmadığına yəqininiz olsa, caiz deyil.‌

Qruplar: Bank mənfəəti

Ayaqda müxtəlif sınıqların diyəsi

Dava-dalaş nəticəsində misal üçün, vurulan şəxsin sağ ayağının sümüyü bir yerdən sınarsa, onun diyəsi ayağın bütövlükdə diyəsi ilə müqayisədə nə qədərdir? Eyni zərbə ilə ayaq dörd yerdən sınarsa, diyəsinin miqdarı nə qədərdir? Əgər bir neçə zərbə nəticəsində ayaq dörd yerdən sınarsa, diyənin miqdarı nə qədər olacaq?

Ayaq sümüyünün sınması müqabilində alınan diyə kamil insan diyəsinin onda biridir (bir ayağın diyəsinin beşdə biri). Bu, o haldadır ki, ayaq əvvəlki (sağlam) vəziyyətinə qayıtmasın. Əvvəlki sağlam vəziyyətinə qayıdarsa, diyə bu miqdarın beşdə dördünə bərabər olacaq. Habelə, ayaq bir neçə yerdən sınarsa, onun diyəsi hər sınıq üçün eyni miqdardadır – istər bir zərbə nəticəsində çox sayda sınıqlar olsun, istərsə də müxtəlif zərbələr nəticəsində.

قرآن و تفسیر نمونه
مفاتیح نوین
نهج البلاغه
پاسخگویی آنلاین به مسائل شرعی و اعتقادی
آیین رحمت، معارف اسلامی و پاسخ به شبهات اعتقادی
احکام شرعی و مسائل فقهی
کتابخانه مکارم الآثار
خبرگزاری رسمی دفتر آیت الله العظمی مکارم شیرازی
مدرس، دروس خارج فقه و اصول و اخلاق و تفسیر
تصاویر
ویدئوها و محتوای بصری
پایگاه اطلاع رسانی دفتر حضرت آیت الله العظمی مکارم شیرازی مدظله العالی
انتشارات امام علی علیه السلام
زائرسرای امام باقر و امام صادق علیه السلام مشهد مقدس
کودک و نوجوان
آثارخانه فقاهت