Bir məktubda üçdən artıq sual yazmayın

Sualınızı qısa, xülasə şəklində bir neçə sətirdə bəyan edin. Uzun-uzadı ifadələr yazmaqdan çəkinin

Yuxu yozma, istixarə və buna bənzər suallar verməyin

captcha
انصراف
انصراف

Casusluğun cəzası

Nə etdiklərini bilə-bilə İslam ölkəsinin hərbi və qeyri-hərbi sirlərini düşmənə verən və bunun üçün xarici ölkələrdə təlim görmüş casusların hökmü nədir? Onlar bu işin qarşılığında pul alır, bəzən də bunu heç bir mükafat almadan yerinə yetirilər. Onlar müharibdirlərmi?

Casusları müharib qələmə vermək çətindir. Çünki müharibin hədislərdə və fitvalarda olan tərifini casusa tətbiq etmək olmur. Lakin bəzən casusluğun elə formaları meydana çıxır ki, müharibdən daha kəskin, daha güclü nəzərə çarpır. Ümumiyyətlə, casusluğu onların gördükləri işlərə uyğun olaraq qisimlərə bölmək lazımdır: əgər İslamın dayaq sütunlarını sarsıdan, İslam hökumətinin sabitliyini pozan, müsəlmanların canını bu yolla təhlükəyə salan məlumatlara aid olsa, şübhəsiz, bu casus ölümə (edama) məhkumdur. Habelə, onun xaricə verdiyi məlumatlar fəsadın böyük miqyasda yayılmasına səbəb olsa, belə ki, “müfsid fil-ərz” ünvanı əsil mənasında ona aid olunsa, yenə də ölümə məhkumdur. Lakin yuxarıdakı variantların heç biri olmayan xırda məsələləri, misal üçün, çox da əhəmiyyəti və təhlükəsi olmayan məlumatları yadellilərə verərsə, təzir qanunları ona şamil olacaqdır. Təzirin miqdarı isə onun casusluğunun vurduğu zərərin miqdarı ilə mütənasib olacaqdır.

Hədislərdə “əul” sözünün mənası

Xahiş edirik ki, aşağıdakı hədisdə “عالت الفريضه “ cümləsini izah edəsiniz:قال الشعبى: «ما رايت افرض من علىٍّ ولا احسب منه و قد سئل عنه عليه السلام و هو على المنبر يخطب، عن رجل مات و ترك امراته و ابوين و ابنتين، كم نصيب المرئة؟ فقال ـ عليه السلام ـ صار ثُمنهاً تسعاً فلقّبت بالمسئله المنبريه شرح ذلك: للابوين السدسان و للبنتين الثلثان و للمراه الثمن عالت الفريضه فكان لها 3 من 24 ثمنها فلما صارت الى 27 صار ثمنها تسعا فان ثلاثه من 27 تسعها و يبقى 24 للابنتين 16 و 8 للابوين سواء»

Hədisin mənası budur ki, ərinin uşağı olan təqdirdə zövcənin (arvadın) səhmi ilkin hökmə əsasən səkkizdə bir olacaqdır. Lakin valideynin (ata-ananın) və iki qızın səhmləri ilə yanaşı mühasibə olunarsa, onların səhmlərinin məcmusunu toplasaq 27 səhm olacaqdır. (Əgər əmlakı 24 hissəyə bölsəniz 16 pay suluseyn (üçdə iki), 8 pay suduseyn (altıda iki) və 3 pay (səkkizdə bir) olacaqdır. 16, 8 və 3-ün məcmusu 27 pay edir.) Əgər iyirmi yeddi paydan üçünü götürsəniz doqquzda birə bərabər olar. Hədisin təfsiri belədir. Lakin fiqhi nəzəriyyələrə görə digər hədislərə nəzər salmaqla bu məsələdə fikir ayrılığı mövcuddur.

İnsan cəsədinin oğurlanması üçün cəza

İnsan cəsədi mal-əmlak sayılırmı? Şəriət baxımından qanuni məqsədlər üçün onun alveri caizdirmi? Cəsəd oğurluq halı üçün cinayət faktı ola bilərmi? Xüsusilə də onun ölüm tarixindən əsrlər keçdiyi bir halda cəsəd tarixi və arxeoloji baxımdan qiymətli sayılarsa?

Müsəlmanın cəsədinin alğı-satqısı caiz deyil və mal (əmlak) sayılmır. Amma qeyri-müsəlmanın bədəni anatomiya kimi şəri-qanuni məqsədlər üçün icazəli olan hallarda belə (alğı-satqısı) eyibsiz deyil. Hər iki halda oğurluq cəzasını icra etmək işkallıdır.

Günahsız insanın öldürülməsi

Bir kəs günahsız bir adamı öldürmək istəyir. Lakin hədəfin kimliyində səhv etdiyinə görə başqa bir günahsız şəxsi qətlə yetirir. Baş verən qətl hadisəsi hansı növdəndir?

Bu qətl, qəsdən adam öldürmək sayılır və qisası var. Lakin ehtiyat müstəhəb odur ki, zərərçəkənin qəyyumları cinayətkar ilə diyə ilə bağlı və buna bənzər hallarda müsalihə etsinlər (razılaşsınlar).

قرآن و تفسیر نمونه
مفاتیح نوین
نهج البلاغه
پاسخگویی آنلاین به مسائل شرعی و اعتقادی
آیین رحمت، معارف اسلامی و پاسخ به شبهات اعتقادی
احکام شرعی و مسائل فقهی
کتابخانه مکارم الآثار
خبرگزاری رسمی دفتر آیت الله العظمی مکارم شیرازی
مدرس، دروس خارج فقه و اصول و اخلاق و تفسیر
تصاویر
ویدئوها و محتوای بصری
پایگاه اطلاع رسانی دفتر حضرت آیت الله العظمی مکارم شیرازی مدظله العالی
انتشارات امام علی علیه السلام
زائرسرای امام باقر و امام صادق علیه السلام مشهد مقدس
کودک و نوجوان
آثارخانه فقاهت