Arvadın icazəsi olmadan onun bacısı qızı və qardaşı qızı
Məsələ 2047: Ər, arvadının icazəsi olmadan onun bacısı və yaxud qardaşı qızı ilə evlənə bilməz. Lakin, icazəsiz onların nikahı oxunsa, sonra icazə versə, əqd düzgündür.
Məsələ 2047: Ər, arvadının icazəsi olmadan onun bacısı və yaxud qardaşı qızı ilə evlənə bilməz. Lakin, icazəsiz onların nikahı oxunsa, sonra icazə versə, əqd düzgündür.
Məsələ 1660: Ərin zəkatı alıb arvadı və uşaqları üçün xərcləyəcəyindən asılı olmayaraq, qadın fəqir ərinə zəkat verə bilər.
Məsələ 1415: Əgər oruc tutan şəxs ramazan ayında özünün oruc tutmuş arvadı ilə cima etsə, əgər onu məcbur edibsə, həm özünün, həm də arvadının kəffarəsini verməlidir. Amma əgər o cimaya razı olsa, hər birinə bir kəffarə vacib olur. Əgər orucu batil edən digər şeylərə məcbur etsə, günah etmişdir, amma kəffarə isə heç birinə vacib deyil. Lakin, orucunu yeyən şəxs qəzasını tutmalıdır.
Məsələ 1010: Bir şəxs arxası qibləyə dayanmış vəziyyətdə və ya tam sola, ya da sağa dönmüş halda namaz qılarsa, namazı batildir. Bu halın bilərəkdən və ya unutqanlıqdan yaranmasının fərqi yoxdur. Eləcə də, bilərəkdən o qədər dönərsə ki, üzü qibləyə olmadığı söylənilsin, namazı batildir.
Məsələ 201: Taxta döşənmiş yer üzərində hərəkət etməklə ayaqqabı və ya ayağın altının paklanması çətindir. Amma asfalt üzərində yeriməklə paklana bilər.
Məsələ 783: Əgər qan libasın astarına da sirayat etmişsə, libasdakı və astardakı qan ayrıca hesablanır. Amma parça qalın olmadıqda onun üzü və arxası bir sayılır.
Məsələ 2301: Əgər ata övladına(yaşından aslı olmayaraq)and içməyi qadağan edərsə və ya ər öz arvadının and içməsinə mane olarsa, onların ad içməsi düzgün deyil. Övlad atadan, qadın ərdən icazəsiz and içdikdə onların andı düzgün sayılmır.

Məsələ 2076: Ata və yaxud atanın atası bir qadınla məhrəm olmaqdan ötrü onu müvəqqəti olaraq həddi-büluğa çatmayan oğluna əqd edə bilər (bu şərtlə ki, əqdin müddəti oğlanın cinsi faydalanma vaxtına da şamil olmalıdır) və habelə, həddi-büluğa çatmayan bir qızı (oğlan haqqında deyilən şərtlər əsasında) qohumlara məhrəm olması üçün, bir şəxsə əqd edə bilərlər. Hər iki halda, vacib ehtiyata əsasən, əqdin o iki nəfər üçün bir faydası olsun və fəsadı olmasın.

Məsələ 2036: Ata və yaxud atanın atası zəruri halda həddi-büluğa çatmayan və yaxud dəli uşağı evləndirə bilərlər. Uşaq həddi-büluğa çatandan, dəli ağıllı olandan sonra, vacib ehtiyata əsasən onu pozmamalıdırlar.
Məsələ 1780: Uşaq üçün məsləhətli olduğu halda, ata və babasının, həmçinin, canişinin və şəriət hakiminin (vacib ehtiyata əsasən) uşağın malında istifadə etmək, alıb-satmaq hüququ var.