Arvadının yaxınlığa məcbur edən kişinin hökmü
Məsələ 1415: Əgər oruc tutan şəxs ramazan ayında özünün oruc tutmuş arvadı ilə cima etsə, əgər onu məcbur edibsə, həm özünün, həm də arvadının kəffarəsini verməlidir. Amma əgər o cimaya razı olsa, hər birinə bir kəffarə vacib olur. Əgər orucu batil edən digər şeylərə məcbur etsə, günah etmişdir, amma kəffarə isə heç birinə vacib deyil. Lakin, orucunu yeyən şəxs qəzasını tutmalıdır.