Uşağı və dəlini məscidə buraxmaq
Məsələ 839: Körpələri və divanələri məscidə buraxmaq məkruhdur. Amma körpələr maneçilik yaratmasalar, onları məscid və namaza həvəsləndirmək üçün oraya gətirmək müstəhəbdir. Bə’zən isə bu vacib olur.
Məsələ 839: Körpələri və divanələri məscidə buraxmaq məkruhdur. Amma körpələr maneçilik yaratmasalar, onları məscid və namaza həvəsləndirmək üçün oraya gətirmək müstəhəbdir. Bə’zən isə bu vacib olur.
Məsələ 840: Sarımsaq, soğan və bu kimi şeylər yemiş, ağzının qoxusu insanları narahat edəcək şəxsin məscidə getməsi məkruhdur.
Məsələ 841: Yövmiyyə namazlarından öncə azan və iqamə söyləmək müstəhəbdir. Yaxşı olar ki, bu iş tərk edilməsin. Xüsusilə iqamənin söylənməsi müstəhəbdir. Amma Fitr və Qurban bayram namazlarında, digər vacib namazlarda azan və ya iqaməyə ehtiyac yoxdur. Bu namazlarda Allahın razılığı ümidi ilə üç dəfə “Əs-səlat” demək olar. Müstəhəbdir ki, təbərrük və savab ümidi ilə körpə dünyaya gələn gün və ya göbək sarğısı düşdükdən sonra sağ qulağına azan, sol qulağına iqamə söylənsin.
Məsələ 842: Azan on səkkiz cümlədən ibarətdir:اَللهُ اَكبَر1. “Allahu əkbər” dörd dəfə deyilir (“Allah vəsf olunan hər şeydən böyükdür).”اَشهَدُ اَن لاَ اِلهَ الاّ اللهُ2. “Əşhədu ənla ilahə illəllah” iki dəfə söylənilir (“Şəhadət verirəm ki, yeganə Allahdan başqa mə’bud yoxdur”).اَشهَدُ اَنَّ مُحَمَّدًا رَسُولُ الله3. “Əşhədu ənnə Muhəmmmədən rəsulullah.” İki dəfə deyilir (“Şəhadət verirəm ki, Məhəmməd Allahın rəsuludur”).حَىَّ عَلَى الصّلوةِ4. “Həyyə ələs-səlat” iki dəfə deyilir (“Tələs namaza doğru.”)حَىَّ عَلَى الفَلاَحِ5. “Həyyə ələl-fəlah” iki dəfə deyilir (“Tələs qurtuluşa doğru.”)حَىَّ عَلَى خَيرِ الْعَمَلِ6. “Həyyə əla xeyril-əməl” iki dəfə deyilir (“Tələs əməllərin ən xeyirlisinə, namaza.”)اَللهُ اَكبَر7. “Allahu əkbər” iki dəfə deyilir (“Allah vəsf olunası hər şeydən böyükdür.”)لاَ اِلَهَ اِلاّ الله8. “La ilahə illəllah” iki dəfə deyilir (“Yeganə Allahdan savayı mə’bud yoxdur.”)İqamə on yeddi cümlədir. İqamə ilə azan arasındakı fərq bundan ibrətdir ki, iqamənin başlanğıcında: “Allahu əkbər” iki dəfə deyilir, sonunda “La ilahə illəllah” bir dəfə deyilir. Bundan əlavə, “Həyyə əla xeyril-əməl” dedikdən sonra iki dəfə “Qəd qamətis-səlat” söylənilir. (“Namaz bərpa oldu.”)
Məsələ 843: “Əşhədu ənnə Əliyyən vəliyyullah” (“Şəhadət verirəm ki, Əli Allahın bütün xalq üçün vəlisidir”) cümləsi azan və iqamənin əsas mətnindən deyil. Amma “Əşhədu ənnə Muhəmmədən rəsulullah” söylədikdən sonra təbərrük məqsədi ilə onu azan və iqamədən saymamaqla demək olar.
Məsələ 844: Beş halda azan söylənilmir və vacib ehtiyata əsasən, onu tərk etmək lazımdır:1.Cümə günü ikindi namazının azanı. Bu namaz cümə namazı ilə birgə qılınır.2. Ərəfə günü ikindi namazının azanı. Bu namaz Zilhiccənin 9-cu günü günorta namazı ilə qılınır.3. Qurban bayramı gecəsi Məş’ərül-Həramda olan şəxs üçün xiftən namazının azanı. Bu namaz şam namazı ilə birlikdə qılınır.4. İkindi namazını günorta namazının, xiftən namazını şam namazının arxasınca dərhal qılmalı olan istihazəli qadın üçün.5. Sidik və nəcisini saxlaya bilməyən şəxs üçün ikindi və xiftən namazlarının azanı.Ümumiyyətlə, özündən əvvəlki namazla ardıcıl qılınan namaz üçün azan deyilmir. Onlar arasında nafilə və tə’qibat kimi fasilənin olması bəs etmir. Amma hər bir namaz öz fəzilətli vaxtında qılınarsa hər ikisinin azan və iqaməsini söyləmək müstəhəbdir.
Məsələ 845: Camaat namazında bir nəfər azan və iqamə söyləyərsə, başqaları üçün də kifayat edər. Başqaları vacib ehtiyata əsasən, belə vaxtlarda azan və iqaməni tərk etməlidir.
Məsələ 846: Bir şəxs camaat namazı qılmaq üçün məscidə getsə və camaat namazının başa çatdığını görsə, namazın cərgələri pozulmayan halda vacib ehtiyat budur ki, öz namazı üçün azan və iqamə deməsin. Bir şərtlə ki, öncəki cəmiyyət namazında azan və iqamə deyilmiş olsun.
Məsələ 847: Bir qrup şəxs camaat namazına məşğul ikən və ya bu namazı yenicə bitirdikləri vaxt onların cərgələri dağılmamış başqa bir şəxs fərdi və ya camaatla namaz qılmaq istəsə, azan və iqamə söyləmir. Bir şərtlə ki, öncəki namaz üçün azan və iqamə deyilsin, bu namaz düzgün olsun, hər iki namaz bir məkanda, vaxtında (əda), eyni vaxtda və məsciddə olsun.
Məsələ 849: Əgər kişi qadının söylədiyi azanı eşidərsə azan söyləmək onun öhdəsindən götürülməz. Amma qadın kişinin söylədiyi azanı eşidərsə, azan söyləmək öhdəsindən götürülər.
Məsələ 850: Kişilərin və qadınların iştirak etdiyi camaat namazında azan və iqaməni kişi söyləməlidir. Qadınların camaat namazında isə qadının söylədiyi azan və iqamə bəs edər.
Məsələ 851: Əgər azan və iqamənin sözləri qarışıq şəkildə deyilsə, məsələn, əvvəlcə “Əşhədu ənnə Muhəmmədən rəsulullah” sonra “Əşhədu ənla ilahə illəllah” söylənilsə, əvvələ qayıdıb ardıcıllığı gözləmək lazımdır.