Əgər dalbadal oruc tutmalı olduğu yerdə oruc tutmasa
Məsələ 1404: Əgər ardıcıl oruc tutmalı olan günlər arasında üzürsüz olaraq fasilə salsa, (orucların) hamısını əvvəldən başlamalıdır. Lakin, heyz, nifas kimi üzr, yaxud getməyə məcbur olduğu bir səfər qarşıya çıxsa, üzrü aradan getdikdən sonra davam etdirə bilər və yenidən başlaması lazım deyil.