مدت زمان پاسخگویی به هر سوال بین 24 تا 72 ساعت است.

لطفا قبل از 72 ساعت از پیگیری سوال و یا ارسال سوال مجدد خودداری فرمائید.

از طریق بخش پیگیری سوال، سوال خود را پیگیری نمایید.

captcha
انصراف

زمان پاسخگویی به سوالات بین 24 تا 72 ساعت می باشد.

انصراف
چینش :حروف الفباشماره مسئله
مسئله شماره 2418Əmr be məruf və nəhy əz münkər

Fəsadların qarşısının alınmasına səbəb olarsa zalım üsul-idarədə vəzifə tutmağın vacibliyi

Məsələ 2418: Əgər bə’zi mö’minlərin və din alimlərinin zalım üsul-idarədə vəzifə tutması fəsad və günahın qarşısını alarsa, onlar bu vəzifəni qəbul etməlidir. Əlbəttə böyük zərər olduqda bu addım atılmır. Məsələn, mö’minlərin və ya alimlərin zalım rejimdə iştirakı xalqın əqidəsini süstləşdirərsə və ya İslam alimlərinə e’timada zərbə vurarsa, bu işə yol verilmir.

مسئله شماره 2419Əmr be məruf və nəhy əz münkər

Əmr be məruf və nəhy əz münkərin mərhələləri

Məsələ 2419: Əmr be mə’ruf və nəhy əz munkərin mərtəbələri var. Bə’zi mərtəbələrin icrası üçün şər’i hakimin icazəsinə ehtiyac var. Dil, qəlb və nəsihətlə əmr be mə’ruf üçün şər’i hakimin icazəsinə ehtiyac yoxdur. Tərbiyələndirmə ümidi ilə e’tinasızlıq göstərmək əlaqələri kəsmək də bu qəbildəndir. Bu sayağı hərəkət tə’sir göstərməsə, tünd və qəzəblə danışmağa icazə verilir. Bu halda zorla olsa da, günahkarın qarşısı alınır. Ya da günah vasitələri günahkarın əlindən alınır. Amma əmr be mə’ruf və nəhy əz münkərdə zora əl atmaq, mülkə toxunmaq zəruri olarsa, şər’i hakimin icazəsi olmadan addım atmaq olmaz. Bu qəbil rəftarlarda şər’i hakim tərəfindən tə’yin olunmuş ölçülərə riayət edilməlidir.

مسئله شماره 2421Bank və xeyriyyə fondlarının iqtisadi əməliyyatları

Yatırımların hökmü

Məsələ 2421: İnsanların banka yatırdığı qısa müddətli və uzun müddətli pullar və nəzərdə tutulan qazanclar yalnız şər’i ölçülər çərçivəsində halaldır. Bu pullar müzaribə və şirkət kimi dini müamilələr şəklində mümkün sayılır. Pul verən şəxs əmin olmalı və ya ehtimal etməlidir ki, bank onun vəkili olaraq müştəri ilə müamilələrdə şər’i ölçüləri nəzərdə saxlayacaq. Amma əmin olsa ki, bütün deyilənlər zahiridir və kağız üzərindədir, götürülən qazanc haram olur.

مسئله شماره 2423Bank və xeyriyyə fondlarının iqtisadi əməliyyatları

Bankdan aldığı pulun halal və ya haram olmasını bilməyən insan

Məsələ 2423: İnsan bilsə ki, bankda həm halal, həm də haram pullar var, amma hansı puldan ona verildiyini bilməsə, həmin pulu ala bilər. Amma əmin olsa ki, ona verilən pul haram puldur, bu puldan istifadə edə bilməz. Bu qəbil pullar vacib ehtiyata əsasən şər’i hakimin icazəsi ilə onun əsil sahibi tərəfindən sədəqə verilməlidir. Bu əməliyyatlarda bankın daxili və ya xarici, dövləti və ya qeyri-dövləti olmasının fərqi yoxdur.

مسئله شماره 2425Bank və xeyriyyə fondlarının iqtisadi əməliyyatları

Bank və ticarət köçürmələrinin hökmü

Məsələ 2425: Bank və ticarət köçürmələri halaldır. Bank və ya tacir bir şəxsdən pul alıb, ona qəbz verir və həmin pulu başqa bir yerdə ona ödəməyi öhdəsinə götürür. Pulun köçürülməsi üçün pul sahibindən nə isə alır. Belə bir müamilə halaldır. Köçürmə haqqını həmin puldan çıxmaq və ayrıca götürmək olar. Eləcə də, bank və ya müəssisə bir şəxsə pul verib onu başqa bir məhəldə bankın şö’bəsinə çatdırmağı tapşırarsa, ona verdiyi zəhmət haqqı halaldır.

مسئله شماره 2427Bank və xeyriyyə fondlarının iqtisadi əməliyyatları

Əmək haqqı almağın hökmü

Məsələ 2427: Xeyriyyə fondlarının əmək haqqı ünvanında pulların saxlanması üçün verdiyi haqlar halaldır. Amma vacib ehtiyat budur ki, bu məbləğ bankın ümumi xərclərinə uyğun olsun. Belə olmasın ki, pulun qazancı əmək haqqı adı ilə alınsın. Xeyriyyə fondları (qərzül-həsənə sandıqları) verilən borc müqabilində heç bir şərt qoya bilməz. Məsələn, deyə bilməzlər ki, verilən borca görə işçiyə əmək haqqı verilməlidir. Demək, alınan əmək haqqı borcdan ayrı olmalıdır.

پایگاه اطلاع رسانی دفتر مرجع عالیقدر حضرت آیت الله العظمی مکارم شیرازی
سامانه پاسخگویی برخط(آنلاین) به سوالات شرعی و اعتقادی مقلدان حضرت آیت الله العظمی مکارم شیرازی
آیین رحمت - معارف اسلامی و پاسخ به شبهات کلامی
انتشارات امام علی علیه السلام
موسسه دارالإعلام لمدرسة اهل البیت (علیهم السلام)
خبرگزاری دفتر آیت الله العظمی مکارم شیرازی