Bankdan aldığı pulun halal və ya haram olmasını bilməyən insan
Məsələ 2423: İnsan bilsə ki, bankda həm halal, həm də haram pullar var, amma hansı puldan ona verildiyini bilməsə, həmin pulu ala bilər. Amma əmin olsa ki, ona verilən pul haram puldur, bu puldan istifadə edə bilməz. Bu qəbil pullar vacib ehtiyata əsasən şər’i hakimin icazəsi ilə onun əsil sahibi tərəfindən sədəqə verilməlidir. Bu əməliyyatlarda bankın daxili və ya xarici, dövləti və ya qeyri-dövləti olmasının fərqi yoxdur.