Ölünün bacı və qardaşı olmazsa
Məsələ 2372: Meyitin bacı və qardaşı olmasa, onların payı övladlarına verilər. Anadanbir qardaş və bacının övladlarının payı onlar arasında bərabər bölünür. Atadanbir və ya ata-anadanbir qardaş və bacı övladlarının payı oğlanlara iki, qızlara bir pay verməklə ödənir. Amma əgər atadanbir və ya ata-anadanbir qardaş övladları eyni bir qardaşdan olarsa, ehtiyat vzcib budur ki, oğul və qız arasında pay bölgüsü razılaşdırılsın.