Varis ana tərəfindən baba və ya nənə və ana tərəfindən qardaşlar olarsa
Məsələ 2378: Əgər varis ana tərəfindən baba və ya nənə (ya da hər ikisi), ana tərəfindən qardaşlar olarsa, baba bir qardaş, nənə bir bacı hökmündədir. Onlar malı öz aralarında bərabər bölürlər. Əgər varis ata tərəfindən baba və nənə, atadanbir (ya ata-anadanbir) qardaşlar olsa, baba bir qardaş, nənə bir bacı hökmündədir. Onlar irsi öz aralarında bərabər bölürlər. Kişi iki pay, qadın bir pay götürür.