Məsələ 2116: Əgər bir qadın bir uşağa süd versə, doqquz şərtlə məhrəmliyə səbəb olacaq:1- Süd doğumdan olsun; Deməli uşaq doğulmamışdan qadının döşündən süd gəlsə və bir uşaq o südü əmsə, məhrəmliyə səbəb olmur.2- Uşaq diri qadının döşündən süd əmsin; Deməli ölmüş qadının döşündən süd əmsə, faydası yoxdur (məhrəmlik yaratmır).3- O qadının südü haramdan olmasın; Deməli zinadan dünyaya gələn uşağın südünü başqa uşağa versələr uşaq o süd vasitəsilə heç kəsə məhrəm olmur.4-Südü döşdən əmməlidir. Lakin, vacib ehtiyata əsasən, əgər südü uşağın boğazına töksələr, o qadın və onun məhrəmləri ilə evlənməsinlər.5-Südü başqa şeylə qarışdırmasınlar.6-Süd bir ərə məxsus olmalıdır. Bu baxımdan, südü olan qadın təlaq verib başqa birisinə ərə getsə və ondan hamilə olsa və doğuş vaxtı birinci ərinə aid olan süd qalsa, məsələn, bir uşağı səkkiz dəfə birinci ərinə aid olan südlə və yeddi dəfə ikinci ərinə aid olan südlə əmizdirsə, o uşaq heç kəsə məhrəm olmur. Həmçinin, bir qadın birinci ərinə aid olan südlə bir uşağa kamil süd versə və sonra ikinci ərinə aid olan südlə başqa bir uşağa süd versə, o iki nəfər bir-birlərinə məhrəm olmurlar.7-Uşaq xəstəlik səbəbilə əmdiyi südü qaytarmasın. Əgər qaytararsa vacib ehtiyata görə gərək süd əmmək vasitəsilə o uşağa məhrəm olacaq şəxslər onunla evlənməsinlər və ona məhrəm baxışlarla baxmasınlar.8-Uşaq 15 dəfə və yaxud bir gecə-gündüz, sonrakı məsələdə qeyd ediləcək halda kamil süd yesə və yaxud ona, camaatın “o südlə sümüyü bərkimiş, bədəni ətə gəlmişdir” dediyi qədər süd versələr və müstəhəb ehtiyata əsasən, əgər 10 dəfə süd yesə, süd yemək vasitəsi ilə ona məhrəm olanlar, onunla evlənməsinlər və ona məhrəm baxışlarla baxmasınlar.9-Uşaq iki yaşa çatmamış olsun. Bu baxımdan, iki yaş tamam olandan sonra ona süd versələr, kiməsə məhrəm olmur. Hətta iki yaşı tamam olmazdan öncə 14 dəfə və sonra bir dəfə süd yesə, bir kəslə məhrəm olmur. Lakin, arvadın doğuş tarixindən iki ildən çox ötmüş olsa və həmin südlə bir uşağı yedirtsə, vacib ehtiyata əsasən, süd yeməklə ona məhrəm olan qadınlarla evlənməsin və məhrəm baxışlarla onlara baxmasın.