Bir gecə-gündüz süd içməklə məhrəmliyin necə yaranması və şərtləri
Məsələ 2117: Öndə qeyd edilən məsələdə deyildiyi kimi, bir uşaq bir gecə-gündüz bir qadının südünü yesə, məhrəmliyə səbəb olar. Lakin, bir gecə-gündüz arasında başqa arvadın yemək və yaxud südünü yeməməlidir; amma yemək çox az olduğundan hesaba gəlməsə, istisnadır. Həmçinin, 15 dəfə süd yemək arasında başqa bir arvadın südünü yeməməli və hər dəfədə doyunca süd yeməlidir. Vacib ehtiyata əsasən, 2 dəfə naqis halda (qidalanmaq) nə iki dəfə hesab olunur, nə də bir dəfə.