Geyiminin və bədəninin nəcis olmasını unudan insan
Məsələ 737: Əgər bir şəxs bədəninin və ya libasının murdar olduğunu bilməsə və namazdan sonra bunu anlasa, namazı düzgündür. Amma öncədən bilib sonra yaddan çıxarmışsa və bu halda namaz qılmışsa, namazını təzələməlidir. Bu məsələnin namazın ortasında və ya namazdan sonra xatırlanması şərt deyil. Namazın vaxtı keçərsə onun qəzası yerinə yetirilir.