Namaz əsnasında geyimi və bədəni nəcis olanlar
Məsələ 738: Namaza məşğul insanın namaz gedişində bədəninin və libasının murdarlanması, eləcə də, libasının və bədəninin murdar olduğunu bilərsə bu zaman libas və bədəni həmin vaxt murdarlandığını və ya öncədən murdar olduğunu bilməsə, su olduqda və libası, bədəni suya çəkmək və ya libası dəyişmək namazın formasını pozmadıqda, libasını və bədənini suya çəkməli, ya da libasını dəyişməlidir. Sonra namaz davam etdirilir. Namazı davam etdirmək mümkün olmadıqda, namaz saxlanılır, pak libas və bədənlə namaz qılınır. Namazın vaxtı dar olmadıqda bu göstərişə əməl edilir. Vaxt dar olduqda həmin vəziyyətdə namaz qılınır və namaz düzgündür.