Namazı təxirə salarsa heyz olacağını bilən qadının vəzifəsi
Məsələ 451: Namaz vaxtı daxil olduqdan sonra qadın bilsə və yaxud güman etsə ki, namazı tə’xirə salsa heyiz olacaq, dərhal namazını qılmalıdır.
Məsələ 451: Namaz vaxtı daxil olduqdan sonra qadın bilsə və yaxud güman etsə ki, namazı tə’xirə salsa heyiz olacaq, dərhal namazını qılmalıdır.
Məsələ 452: Əgər qadın namazın ilk vaxtında bir namazı qılmaq həddində pak olsa və həmin namazı qılmayıb heyiz olsa, həmin namazın sonradan qəzasını yerinə yetirməlidir. Bu işdə hər kəs öz vəziyyətini nəzərə almalıdır. Məsələn, müsafir şəxs iki rəkət həddində, müsafir sayılmayan şəxs dörd rəkət həddində, dəstəmazı olmayan şəxs həm də dəstəmaz üçün vaxt nəzərdə tutmalıdır. Yalnız namaz üçün vaxt qaldıqda libas və bədəni də paklamaq lazımdırsa həmin namazın qəzasını yerinə yetirmək ehtiyat vacib namazı qəza etməlidir.
Məsələ 453: Əgər namazın son vaxtında paklanarsa, qüsl etməli və namaz qılmalıdır. Əgər bir rəkət namaz üçün vaxt qalarsa belə, vacib ehtiyata əsasən, namazı qılsın. Namazı qılmazsa onun qəzasını yerinə yetirməlidir.
Məsələ 454: Əgər namazın son vaxtında paklansa və qüsl üçün vaxt olmasa, yalnız təyəmmüm edib namazın bir rəkətini vaxtında qıla bilsə, namaz ona vacib deyil. Amma vaxt darlığından əlavə vəzifəsi təyəmmüm olsa, məsələn, su onun üçün zərərli olsa, təyəmmüm edib namazını qılmalıdır.
Məsələ 455: Qadın paklansa və şəkk etsə ki, namaz üçün yetərincə vaxt qalıb, yoxsa yox, namazını qılmalıdır.
Məsələ 456: Müstəhəbdir ki, heyz olmuş qadın namaz vaxtı özünü qandan paklayıb pambıq və ya parçanı dəyişsin və dəstəmaz alsın. Əgər bu işləri görə bilməzsə təyəmmüm etsin. Bundan sonra namaz yerində üzü qibləyə əyləşib zikr və duaya məşğul olsun. Amma Qur’an oxuması, özü ilə Qur’an gəzdirməsi, Qur’anın haşiyələrinə toxunması, həna qoyması yaxşı deyil.(kərahəti vardır)
Məsələ 457: Heyz qadınlar altı qrupa bölünür:1.”Vəqtiyyə” və “ədədiyyə” qaydası olanlar: İki ay ardıcıl eyni vaxtda heyz görən və hər iki ayda heyz günlərinin sayı eyni olan qadınlar. Məsələn, hər iki ayın birinci günündən yeddinci gününədək qan görənlər.2. “Vəqtiyyə” adəti olanlar: İki ay ardıcıl eyni vaxtda heyz olanlar. Amma bu qrupdan olanların ayrı-ayrı aylarda heyz günləri bir-birindən fərqlənir. Məsələn, bir ayda beş gün, ikinci ayda yeddi gün qan görürlər.3. “Ədədiyyə” adəti olanlar: İki ay ardıcıl eyni müddət heyiz olanlar. Amma onların heyizi ayrı-ayrı aylarda, ayrı-ayrı günlərdə başlanır. Məsələn, bir ayın ilk günü, o biri ayın onuncu günü.4. Müztəribə: Bir neçə ay heyiz olub heyiz vaxtı bilinməyən qadınlar. Bə’ziləri əvvəlcə müəyyən qaydada heyiz olsa da, sonra da bu qaydanın pozulması mümkündür.5. Mubtədiə: Bu qrupdan olan qadınlar ilk dəfə heyiz olanlardır.6. Nasiyə: Heyiz qaydasını yaddan çıxarmış qadınlar.Bu altı qrupun hər birinin öz hökmü vardır və sonrakı məsələlərdə deyiləcəkdir.
Məsələ 458: Vəqtiyyə və ədədiyyə qaydası olan qadınlar əvvəlcədən bildikləri gündə heyiz olurlar. Onlar adət günlərinin sonunadək heyiz qadının hökmlərinə əməl edirlər. həmin müddətdə onların gördüyü qanda heyiz nişanələrindən olub-olmamasının fərqi yoxdur.
Məsələ 459: Əgər qadın bütün ay boyu paklanmazsa, amma iki ay ardıcıl müəyyən günlərdə (məsələn ayın birindən yeddisinədək) heyiz nişanələri olan qan görərsə, həmin günləri heyiz günü saymalıdır.
Məsələ 460: “Vəqtiyyə” və “ədədiyyə” adəti olan qadınlar adət günlərindən iki-üç gün qabaq qan görərlərsə, belə ki, adət günləri tezləşib və ya yubanıb söyləsələr, heyiz qadının hökmlərinə əməl etməlidirlər. həmin qanda heyiz nişanələrinin olub-olmamasının fərqi yoxdur.
Məsələ 461: Vəqtiyyə və ədədiyyə adəti olan qadın adətindən bir neçə gün qabaq və ya bir neçə gün sonra qan görərsə (adətən qadınlarda bu vaxt tezləşir və ya yubanır) üst-üstə on gündən artıq olmasa, bütün günlər heyiz sayılır. Əgər on gündən artıq çəkərsə, yalnız adət günlərində gördüyü qan heyiz qanıdır. Əvvəlki və sonrakı günlər istihazə sayılır. Əgər adət günlərindən bir neçə gün qabaq adət günlərinə əlavə olaraq qan görərsə və ya adətdən bir neçə gün sonra adət günlərinə əlavə olaraq qan müşahidə edərsə, on günü aşmasa bütün günləri heyizdir. Əgər on günü aşsa, yalnız adət günləri heyiz sayılır.
Məsələ 462: Adəti olan qadın üç gün və ya daha artıq qan görüb təmizlənərsə və yenidən qan görərsə, iki qan görmək arasında fasilə on gündən az olduqda və qan gördüyü bütün günləri on gündən çox olmadıqda, onların hər biri heyiz sayılır. (Amma ortada qan görmədiyi günlər pak sayılır) əgər on gündən artıq olarsa, adətdə olduğu qan heyiz qanı, digərləri istihazədir. Əgər qanlardan heç biri adət günlərində olmamışsa, heyiz nişanələrinə malik qan heyiz qanı, digərləri istihazədir. Əgər hər ikisində heyiz nişanələri varsa on gün müddətində heyiz sayılır, qalan müddət istihazədir.