Namazın əvvəl vaxtı bir namaz qədər vacib əməl yerinə yetirə bilən və namaz qılmayan qadın
Məsələ 452: Əgər qadın namazın ilk vaxtında bir namazı qılmaq həddində pak olsa və həmin namazı qılmayıb heyiz olsa, həmin namazın sonradan qəzasını yerinə yetirməlidir. Bu işdə hər kəs öz vəziyyətini nəzərə almalıdır. Məsələn, müsafir şəxs iki rəkət həddində, müsafir sayılmayan şəxs dörd rəkət həddində, dəstəmazı olmayan şəxs həm də dəstəmaz üçün vaxt nəzərdə tutmalıdır. Yalnız namaz üçün vaxt qaldıqda libas və bədəni də paklamaq lazımdırsa həmin namazın qəzasını yerinə yetirmək ehtiyat vacib namazı qəza etməlidir.