İmam Hüseynin
Məsələ 164: İmam Hüseynin türbətini murdarlamaq haramdır. Murdarlanmış türbəti paklamaq vacibdir. Türbət murdar yerə düşdükdə 162-ci məsələdə göstərilmiş qaydada hərəkət etmək lazımdır.
Məsələ 164: İmam Hüseynin türbətini murdarlamaq haramdır. Murdarlanmış türbəti paklamaq vacibdir. Türbət murdar yerə düşdükdə 162-ci məsələdə göstərilmiş qaydada hərəkət etmək lazımdır.
Məsələ 165: Dördüncüsü, məscidi murdarlamaq haramdır, murdarlanmış məscidi paklamaq vacibdir. Bu Məsələ məscidin hökmləri bəhsində namaz qılanın yeri haqqında danışılarkən ətraflı şərh olunacaq.
Məsələ 166: Beşincisi, namaz qılan şəxsin bədəni, libası və səcdə yeri pak olmalıdır. Bu Məsələ namaz qılanın libası və məkanı bəhsində şərh ediləcək.
Məsələ 167: Bir şəxs öz ixtiyarında olan malın murdar və ya pak olduğunu bildirərsə, onun sözünü qəbul etmək lazımdır. Onun ədalətli olub-olmaması şərt deyil. Sadəcə, həmin şəxs büluğ həddində olmalıdır və büluğ həddinə çatmayan birinin sözləri qəbul deyil. Amma bir şəxsin dediklərindən əminlik yaranarsa, büluğ həddi şərt sayılmaz.
Məsələ 256: Dəstəmaz üz və əlləri yumaqdan, başın qabaq hissəsi və ayaqlara məsh çəkməkdən ibarətdir.
Məsələ 280: İrtimasi dəstəmazda üzü və qolları yuxarıdan aşağıya yumaq lazımdır. Dəstəmaz niyyəti etdikdən sonra üzü alın hissədən, qolları dirsəkdən başlayaraq suya batırmaq lazımdır. Əgər sudan çıxararkən dəstəmaz niyyət olunarsa üz alın, qollar, dirsək hissəsindən sudan çıxarılmalıdır.
Məsələ 281: İrtimasi dəstəmazda baş və ayaqların başqa su ilə məsh olmaması üçün sağ və sol qollara irtimasi dəstəmaz alarkən niyyət edilir ki, sudan xaric olduqdan sonra qollarda cərəyanda olan su dəstəmazdandır. Başqa şəkildə baş və ayaqlara məsh iradlıdır.
Məsələ 282: Dəstəmaz üzvlərindən bə’zilərinə irtimasi, bə’zilərinə qeyri-irtimasi dəstəmaz almaq olar. Yaxşı olar ki, həmişə sol qola qeyri-irtimasi dəstəmaz alınsın. Belə edilsə baş və ayaqlara məsh üçün irad olmaz.
Məsələ 284: Dəstəmazın on iki şərti var:1. Dəstəmaz suyunun pak olması;2. Dəstəmaz suyunun saf (mütləq) olması.Murdar və ya qatqılı su ilə dəstəmaz batildir. İnsan bilməsə və ya bunu unutsa həmin dəstəmazla qıldığı namazı təzələməlidir.
Məsələ 285: Əgər saf su tapmaq mümkün deyilsə, təyəmmüm etmək lazımdır. İxtiyarda olan qatqılı su torpaqlıdırsa vaxt olduqda onu saflaşmasını gözləmək lazımdır. (Vacib ehtiyata əsasən)
Məsələ 337: Altı halda dəstəmaz almaq vacibdir:1. Vacib namaz üçün (meyyit namazından savayı);2. Yaddan çıxmış səcdə və təşəhhüd üçün;3. Vacib təvaf üçün (hətta müstəhəb həcc və ümrədə əməllərin tərkibindən sayılan təvaf vacib sayılır).4. Dəstəmaz alıb təharətli (pak) qalmağı nəzr etmiş və ya bu barədə and içmiş şəxs üçün;5. Qur’ana toxunmağı nəzir etmiş şəxs üçün (belə bir nəzir şər’ən fəzilət sayılsa belə; məsələn, insan hörmət əlaməti olaraq Qur’an yazısını öpmək istəyir);6. Murdarlanmış Qur’anı suya çəkmək üçün və ya onu bulaşıq yerdən çıxararkən ona toxunmağa məcbur olduqda.
Məsələ 338: Dəstəmazsız şəxsin Qur’an xəttinə toxunması haramdır. Amma bu hökm Qur’anın başqa dillərə tərcüməsinə şamil olunmur.