Dəstəmaz almaq lazım gələn əməllər
Məsələ 337: Altı halda dəstəmaz almaq vacibdir:1. Vacib namaz üçün (meyyit namazından savayı);2. Yaddan çıxmış səcdə və təşəhhüd üçün;3. Vacib təvaf üçün (hətta müstəhəb həcc və ümrədə əməllərin tərkibindən sayılan təvaf vacib sayılır).4. Dəstəmaz alıb təharətli (pak) qalmağı nəzr etmiş və ya bu barədə and içmiş şəxs üçün;5. Qur’ana toxunmağı nəzir etmiş şəxs üçün (belə bir nəzir şər’ən fəzilət sayılsa belə; məsələn, insan hörmət əlaməti olaraq Qur’an yazısını öpmək istəyir);6. Murdarlanmış Qur’anı suya çəkmək üçün və ya onu bulaşıq yerdən çıxararkən ona toxunmağa məcbur olduqda.