Qonağın yeməyi nəcis olduqda ev sahibinin vəzifəsi
Məsələ 157: Əgər ev sahibi yemək əsnasında yeməyin murdar olduğunu anlayarsa, vacib ehtiyata əsasən, qonaqlara deməlidir. Amma qonaqlardan biri yeməyin murdar olduğunu başa düşərsə, yalnız özü çəkinməli, o birilərə deməməlidir. Amma həmin adamlarla ünsiyyətdədirsə murdarlığın ona keçməməsi üçün yeməkdən sonra onlara e’lan edə bilər. Məqsəd bu olmalıdır ki, onlar əl və ağızlarını suya çəksinlər.