Mütəbərrik adların nəcis yerə düşməsi
Məsələ 162: Qur’an vərəqi, dua və ya Allahın, Peyğəmbərin (s) və mə’sum imamların adı yazılmış vərəq murdar yerə düşərsə, onu dərhal götürmək və suya çəkmək lazımdır. Bu işin xərci ağır olarsa və ya həmin iş mümkünsüz olarsa, vacib ehtiyata əsasən, həmin yazı ayaqyoluna düşdükdə onun çürüyüb aradan getməsinə əmin olanadək, həmin ayaqyolundan istifadə edilməməlidir.