Ayaq üstə namaz qıla bilməyənin vəzifəsi
Məsələ 890: Ayaq üstə namaz qıla bilməyən şəxs oturub qılmalıdır. Amma əsa və ya divara söykənməklə, ayaqlarını aralı qoymaqla dayana bilirsə, dayanıb namaz qılmalıdır. Bu iş məşəqqətə səbəb olarsa oturub namaz qıla bilər. Eləcə də, oturaq vəziyyətdə bir şeyə söykənərək namaz qıla bildikdə uzanıb qılmamalıdır. Oturub qıla bilmirsə, sağ tərəfi üstə uzanıb qılmalıdır. Bu vaxt bədənin ön hissəsi qibləyə olmalıdır. Sağ tərəfi üstə uzana bilmədikdə sol tərəfi üstə uzanıb qılmalıdır. Bu da mümkün olmadıqda, arxası üstə uzanıb qıla bilər. həmin vaxt ayaqlarının altı üzü qibləyə olmalıdır.