Namaz əsnasında ayağa qalxsa və yaxud otura bilən insan
Məsələ 892: Bir şəxs zəiflikdən namazını uzanıb qılarsa, namazın gedişində qalxıb otura bilsə, həmin həddə oturaq vəziyyətdə qılmalıdır. Oturaq vəziyyətdə qıldığı vaxt ayağa qalxa bilərsə, bacardığı qədər ayaq üstə qılmalıdır. Amma bədən aramlaşanadək zikr deməməlidir.