مدت زمان پاسخگویی به هر سوال بین 24 تا 72 ساعت است.

لطفا قبل از 72 ساعت از پیگیری سوال و یا ارسال سوال مجدد خودداری فرمائید.

از طریق بخش پیگیری سوال، سوال خود را پیگیری نمایید.

captcha
انصراف

زمان پاسخگویی به سوالات بین 24 تا 72 ساعت می باشد.

انصراف
چینش :حروف الفباشماره مسئله
مسئله شماره 1304Ayat namazının qılınma qaydası

Rükətlərin sayında şəkk

Məsələ 1304: Rəkətlərin sayında şəkk olsa və neçə rəkət qılındığı bilinməsə, namaz batildir. Amma rukuların sayında şəkk olduqda, az ehtimal əsas götürülür. Məhəl ötsə, yə’ni səcdəyə gedilsə şəkkə e’tina olunmur.

مسئله شماره 1308Fitir və Qurban bayramı namazlarının qaydası

Fitir və Qurban bayramı namazlarınn qılınma qaydası

Məsələ 1308: Fitr və qurban bayramı namazı iki rəkətdir. Birinci rəkətdə Həmd və surədən sonra beş təkbir deyilir. Hər təkbirdən sonra qunut tutulur. Beşinci qunutdan sonra növbəti təkbir deyilir. Sonra rüku və səcdələr yerinə yetirilir. İkinci rəkətdə dörd təkbir deyilir. Hər təkbirdən sonra qunut tutulur. Beşinci təkbirdən sonra rüku və səcdələr yerinə yetirilir, təşəhhüd və salam deyilir.

مسئله شماره 1309Fitir və Qurban bayramı namazlarının qaydası

Qunutun duası

Məsələ 1309: Bu namazların qunutunda istənilən bir duanı oxumaq olar. Amma savab məqsədi ilə bu duanı oxumaq daha münasibdir: "Əllahummə əhləl-kibriyai vəl-əzəmə və əhləl-cudi vəl-cəbəruti və əhləl-əfvi vər-rəhməti və əhlət-təqva vəl-məğfirəti əs`əlukə bihəqqi hazəl-yəvmilləzi cəəltəhu lil-musliminə əydən vəlimuhəmmədin səlləllahu ələyhi və alihi zuxrən və şərəfən və kəramətən və məzidən ən tusəlli əla muhəmmədin və ali muhəmmədin və ən tudxiləni fi kulli xəyrin ədxəltə fihi muhəmmədən və alə muhəmmədin və ən tuxricəni min kulli suin əxrəctə minhu muhəmmədən və alə muhəmmədin sələvatukə ələyi və ələyhim əllahummə inni əs`əlukə xəyrə ma səələkə bihi ibadukəs-salihunə və əuzu bikə mimməstəazə minhu ibadukəl-muxləsun".

مسئله شماره 1310Fitir və Qurban bayramı namazları

Fitir və Qurban bayramı namazlarının müstəhəb əməlləri

Məsələ 1310: Fitr və qurban bayramları namazlarında savab ümidi ilə aşağıdakı əməlləri yerinə yetirmək müstəhəbdir:1. Bayram namazında qiraəti ucadan oxumaq.2. Namazdan sonra cümə namazında olduğu kimi iki xütbə oxumaq. Fərq budur ki, cümə namazında namazdan qabaq, bayram namazında namazdan sonra xütbə oxunur. (Bu xütbə camaatla qılınan namaza aiddir).3. Bu namazlarda xüsusi bir surə oxumaq şərt deyil. Amma yaxşı olar ki, birinci rəkətdə "Səbbihismi rəbbikəl-ə`la" surəsinin əvvəli, ikinci rək`ətdə "Vəş-Şəms" surəsi oxunsun.4. Fitr bayramı günü bayram namazından öncə xurma ilə oruc açılsın, Qurban bayramında namazdan sonra bir qədər qurban əti yeyilsin. 5. Bayram namazından öncə qüsl verilsin, namazdan əvvəl və sonra dua kitablarında verilmiş dualardan oxunsun.6. Bayram namazında yerə səcdə edilsin, təkbir deyilərkən əllər yuxarı qaldırılsın.7. Fitr bayramı gecəsi şam və xiftən namazlarından sonra, fitr günü sübh, günorta və ikindi, eləcə də bayram namazından sonra bu təkbirlər deyilsin: "Əllahu əkbər, əllahu əkbər, la ilahə illəllahu vəllahu əkbəru, əllahu əkbəru və lillahil-həmd, əllahu əkbəru əla ma hədana"8. Qurban bayramı namazından sonra on namazı (onların birincisi bayram gününün günorta və ikindi namazları, sonuncusu on ikinci günün sübh namazı) başa vurub, eyni təkbirlər deyilir və əlavə olunur: "Əllahu əkbəru əla ma rəzəqna min bəhimətil-ən`ami vəl-həmdu lillahi əla ma əblana". Əgər Qurban bayramı günü Minada olarsa, bu təkbirləri on beş namazdan sonra desin. Bu namazların birincisi bayram gününün günorta namazı, sonuncusu Zil-hiccənin on üçüncü gününün sübh namazıdır.9. Bayram namazı açıq fəzada qılınsın.

پایگاه اطلاع رسانی دفتر مرجع عالیقدر حضرت آیت الله العظمی مکارم شیرازی
سامانه پاسخگویی برخط(آنلاین) به سوالات شرعی و اعتقادی مقلدان حضرت آیت الله العظمی مکارم شیرازی
آیین رحمت - معارف اسلامی و پاسخ به شبهات کلامی
انتشارات امام علی علیه السلام
موسسه دارالإعلام لمدرسة اهل البیت (علیهم السلام)
خبرگزاری دفتر آیت الله العظمی مکارم شیرازی