مدت زمان پاسخگویی به هر سوال بین 24 تا 72 ساعت است.

لطفا قبل از 72 ساعت از پیگیری سوال و یا ارسال سوال مجدد خودداری فرمائید.

از طریق بخش پیگیری سوال، سوال خود را پیگیری نمایید.

captcha
انصراف

زمان پاسخگویی به سوالات بین 24 تا 72 ساعت می باشد.

انصراف
مسئله شماره Fitir və Qurban bayramı namazlarının müstəhəb əməlləri Fitir və Qurban bayramı namazları

Fitir və Qurban bayramı namazlarının müstəhəb əməlləri

Məsələ 1310: Fitr və qurban bayramları namazlarında savab ümidi ilə aşağıdakı əməlləri yerinə yetirmək müstəhəbdir:1. Bayram namazında qiraəti ucadan oxumaq.2. Namazdan sonra cümə namazında olduğu kimi iki xütbə oxumaq. Fərq budur ki, cümə namazında namazdan qabaq, bayram namazında namazdan sonra xütbə oxunur. (Bu xütbə camaatla qılınan namaza aiddir).3. Bu namazlarda xüsusi bir surə oxumaq şərt deyil. Amma yaxşı olar ki, birinci rəkətdə "Səbbihismi rəbbikəl-ə`la" surəsinin əvvəli, ikinci rək`ətdə "Vəş-Şəms" surəsi oxunsun.4. Fitr bayramı günü bayram namazından öncə xurma ilə oruc açılsın, Qurban bayramında namazdan sonra bir qədər qurban əti yeyilsin. 5. Bayram namazından öncə qüsl verilsin, namazdan əvvəl və sonra dua kitablarında verilmiş dualardan oxunsun.6. Bayram namazında yerə səcdə edilsin, təkbir deyilərkən əllər yuxarı qaldırılsın.7. Fitr bayramı gecəsi şam və xiftən namazlarından sonra, fitr günü sübh, günorta və ikindi, eləcə də bayram namazından sonra bu təkbirlər deyilsin: "Əllahu əkbər, əllahu əkbər, la ilahə illəllahu vəllahu əkbəru, əllahu əkbəru və lillahil-həmd, əllahu əkbəru əla ma hədana"8. Qurban bayramı namazından sonra on namazı (onların birincisi bayram gününün günorta və ikindi namazları, sonuncusu on ikinci günün sübh namazı) başa vurub, eyni təkbirlər deyilir və əlavə olunur: "Əllahu əkbəru əla ma rəzəqna min bəhimətil-ən`ami vəl-həmdu lillahi əla ma əblana". Əgər Qurban bayramı günü Minada olarsa, bu təkbirləri on beş namazdan sonra desin. Bu namazların birincisi bayram gününün günorta namazı, sonuncusu Zil-hiccənin on üçüncü gününün sübh namazıdır.9. Bayram namazı açıq fəzada qılınsın.

پایگاه اطلاع رسانی دفتر مرجع عالیقدر حضرت آیت الله العظمی مکارم شیرازی
سامانه پاسخگویی برخط(آنلاین) به سوالات شرعی و اعتقادی مقلدان حضرت آیت الله العظمی مکارم شیرازی
آیین رحمت - معارف اسلامی و پاسخ به شبهات کلامی
انتشارات امام علی علیه السلام
موسسه دارالإعلام لمدرسة اهل البیت (علیهم السلام)
خبرگزاری دفتر آیت الله العظمی مکارم شیرازی