Heyzli qadının təmizlənəndən sonra vəzifəsi
Məsələ 448: Qadın heyizdən paklansa, ibadətləri yerinə yetirmək üçün qüsül verməlidir. Əgər su əldə edə bilməsə təyəmmüm etsin. Heyiz qüslü də cənabət qüslü kimidir. Ondan sonra namaz üçün dəstəmaz almaq lazım deyil. Amma müstəhəb ehtiyat budur ki, dəstəmaz da alsın (qüsüldən öncə və ya sonra olmasının fərqi yoxdur.)