Nəcis yeyən heyvanın sidik və qaiti
Məsələ 90: Murdar yeyən heyvanın sidiyi və nəcisi murdardır. Vacib ehtiyata əsasən, insanın cinsi yaxınlıq etdiyi heyvanın da sidiyi və nəcisi murdar sayılır.
Məsələ 90: Murdar yeyən heyvanın sidiyi və nəcisi murdardır. Vacib ehtiyata əsasən, insanın cinsi yaxınlıq etdiyi heyvanın da sidiyi və nəcisi murdar sayılır.
Məsələ 130: Murdar yemiş dəvənin, hətta başqa heyvanların da təri vacib ehtiyata əsasən murdardır.
Məsələ 241: Əgər heyvan,insanın nəcisindən başqa murdardan yeyərsə bu qidalar onun sidiyini və nəcisini murdar etməz. Belə bir heyvanın əti də haram deyil. Yalnız donuz südü ilə qidalanıb inkişaf edən heyvanın əti haramdır.
Məsələ 28: Murdar bir şeyi kürr suya birləşən kranın altına tutsalar, ondan axan su pakdır. Lakin o suda murdarın qoxusu, rəngi və ya dadı qalarsa, murdar sayılar.
Məsələ 234: Heyvanın bədəni murdarlanarsa, murdarın əsli təmizləndikdən sonra onun bədəni paklanar. Məsələn, quşun dimdiyi qana batarsa və ya heyvan murdar bir şey üzərində oturarsa, qan və həmin bulaşıqlıq təmizləndikdən sonra heyvanın bədəni pak olur.
Məsələ 27: Murdarın əsli (məsələn, qan) kürr miqdarından artıq suya qatılıb onun bir hissəsinin halını dəyişərsə, onun kürr həddində və ya kürrdən artıq qalan hissəsi pakdır və yalnız dəyişmiş hissə murdardır. Qalan hissə kürrdən az olduqda bütün su murdarlanır.
Məsələ 43: Əgər yağış suyu murdarın əslinə toxunub başqa bir yeri nəmləndirərsə, vacib ehtiyata əsasən, həmin nəm yerdən çəkinmək lazımdır.
Məsələ 190: Əgər murdar şeyi yusalar və murdarın əsli təmizlənsə, onda murdarın qoxusunun və rənginin qalmasının eybi yoxdur. Əgər murdarın əslinin qalması ilə bağlı şübhə yaransa, əminliyə çatanadək yumaq lazımdır.
Məsələ 136: Bir şeyin murdar olması üç yolla sübuta yetir:1. İnsan buna əmin olmalıdır. Hətta ciddi bir güman bəs etmir. Bu əsasla, insan murdar zənn etdiyi yeməkxanalarda xörək yeyə bilər. Orada murdarlığa əminlik olarsa çəkinmək lazımdır.2. Mal sahibi (ev sahibi, satıcı və ya xidmətçi) ixtiyarında olan şeyin murdarlığını bildirərsə kifayatdir.3. İki, hətta bir nəfər ədalətli şəxs şəhadət verərsə kifayatdir.
Məsələ 148: Əgər milçək və ya onun kimi başqa bir həşərat rütubətli murdar bir şeyin üzərindən qalxıb pak bir yerə qonarsa, həmin həşəratın ayağının rütubət götürməməyini düşündükdə onun qonduğu yer murdar sayılmaz. Əgər həşəratın öz ayağında murdar şey apardığını və onun qonduğu yerə sirayət etdiyini biləriksə, həmin yer murdar sayılar.
Məsələ 143: Əgər pak bir şey murdar bir şeyə toxunarsa və onlardan biri rütubətli olarsa, pak şey murdarlanar. Əgər hər iki şey quru olarsa və ya rütubət yaşdan quruya sirayat edəcək həddə olmazsa, murdara toxunan pak şey pak qalar. (Amma meyyit qüslundan öncə hətta quru şəraitdə meyitə toxunmamaq vacib ehtiyatdır.)
Məsələ 144: Əgər pak şeyin murdar şeyə toxunmasına və ya onların rütubətli olmasına şəkk varsa, toxunma zamanı pak şey murdarlanmaz.