Nəcisliyi sübut edən yollar
Məsələ 136: Bir şeyin murdar olması üç yolla sübuta yetir:1. İnsan buna əmin olmalıdır. Hətta ciddi bir güman bəs etmir. Bu əsasla, insan murdar zənn etdiyi yeməkxanalarda xörək yeyə bilər. Orada murdarlığa əminlik olarsa çəkinmək lazımdır.2. Mal sahibi (ev sahibi, satıcı və ya xidmətçi) ixtiyarında olan şeyin murdarlığını bildirərsə kifayatdir.3. İki, hətta bir nəfər ədalətli şəxs şəhadət verərsə kifayatdir.