Bir il elan edəndən sonra sahibi tapılmadıqda insanın vəzifəsi
Məsələ 2200: Əgər bir il ərzində e’lan etdikdən və yaxud e’lan edilən bir yerdə saxlanıldıqdan sonra malın sahibi tapılmasa, tapan şəxs dörd işdən birini yerinə yetirməkdə azaddır:1- Hər vaxt sahibi tapılsa, mal mövcud olmadığı halda onun əvəzini ona verəcəyi məqsədi ilə onu özü üçün götürsün; 2- Əmanət kimi malı onun üçün saxlasın; 3- Allah yolunda sahibi tərəfindən sədəqə versin; 4- Onu şəriət hakiminin öhdəsində qoysun və müstəhəb ehtiyat, sədəqə vermək və yaxud müctəhidin öhdəsində qoymaqdır.