Əmək haqqı almağın hökmü
Məsələ 2427: Xeyriyyə fondlarının əmək haqqı ünvanında pulların saxlanması üçün verdiyi haqlar halaldır. Amma vacib ehtiyat budur ki, bu məbləğ bankın ümumi xərclərinə uyğun olsun. Belə olmasın ki, pulun qazancı əmək haqqı adı ilə alınsın. Xeyriyyə fondları (qərzül-həsənə sandıqları) verilən borc müqabilində heç bir şərt qoya bilməz. Məsələn, deyə bilməzlər ki, verilən borca görə işçiyə əmək haqqı verilməlidir. Demək, alınan əmək haqqı borcdan ayrı olmalıdır.