Vəqf olunmuş əmlakın mütəvəllisi
Məsələ 2314: Əgər vəqf olunmuş şey üzərində nəzarətçi tə’yin olunsa, onun göstərişi əsasında əməl edilməlidir. Əgər tə’yin olunmasa,lakin vəqf olunan şey ümum istifadə üçün(məsələn məscid və yaxud mədrəsə üçün)müəyyən olarsa bu zaman bu işi şər’i hakim görməlidir.Amma xüsusi vəqf olarsa(məsələn, övladlara vəqf olunmuş mülk) növbəti nəslin mənfəətini nəzərə almaq üçün mövcud nəsil və şər’i hakimin razılığı əsasında vacib ehtiyata görə nəzarətçi tə’yin olunmalıdır. Vəqf təkcə mövcud nəslə aiddirsə, onlar ixtiyar sahibidirlər. Bu nəsil büluğ həddinə çatmamışsa, ixtiyar onların qəyyumlarının əlindədir.