Vacib, haram və məkruh andlar
Məsələ 2304: Bir şəxs müəyyən mövzunun isbatı üçün and içərsə, dediyi söz düzgün olduqda and içməsi məkruhdur. Əgər yalan desə, andı haramdır və kəbirə günah sayılır. Amma özünü və ya müsəlman bir şəxsi zalımın şərindən qurtarmaq üçün and içə bilər. Hətta bəzən belə bir and vacibdir. Belə bir and öncəki andlardan fərqlənir. Bir mətləbi isbat etmək üçün içilən anda əməl etməmənin kəffarəsi yoxdur. Lakin bir işi etmək və yaxud tərk etmək üçün olan and, eyni zamanda andın digər şərtləri ilə olarsa ondan boyun qaçırmağın kəffarəsi vardır.