Heyvanları kəsərkən müstəhəb olanlar
Məsələ 2230: Bə’zi rəvayətlərə əsasən, heyvan kəsəndə bir neçə şey müstəhəbdir:1-Qoyunun başını kəsən zaman əl-ayağını açıq saxlamalı, inəyin əl-ayağını bağlamalı, dəvəni öldürdükdə iki əlini aşağıdan və yaxud qoltuğunun altından bir-birinə bağlamalı, ayaqlarını isə açıq saxlamalı və toyuğun başını kəsdikdən sonra qol-qanad vurması üçün azad buraxmalıdırlar;2-Heyvanı öldürən şəxs üzü qibləyə tərəf olsun;3-Heyvanı kəsməzdən öncə qabağına su qoymalıdırlar;4-Heyvanın əziyyət çəkməməsinə çalışmalıdırlar, məsələn, sür’ətlə başını kəsməlidirlər.