İtmiş malı itmiş mallar üçün məxsus olan yerə vermək
Məsələ 2199: Əgər müqəddəs hərəmlərin birində və ya məscidlərdə tapılan əşyalar üçün bir yer tə’yin etsələr və camaat itirdikləri malı tapmaq üçün ora müraciət etməli olduqlarını bilsələr və o yerin idarəçiləri e’timadlı adamlar olsalar, itirilmiş malı ora təhvil vermək kafidir və onlar bir il onu saxlamalıdırlar və əgər onun sahibi tapılamasa, sonrakı məsələyə uyğun əməl etməlidirlər. Əgər bəzi məntəqələrdə itirilmiş əşyalar üçün belə bir yer nəzərdə tutulub və camaatın ondan xəbəri varsa, itirilmiş malı o yerə təhvil verməklə e’lan etmək vəzifəsi camaatın öhdəsindən götürülür.