Talağı qiyabi şəkildə verilmiş qadının ərinin tapılması
Məsələ 2107: Əgər bir qadın ərinin səfərdə ölməsinə yəqin etsə və vəfat iddəsi (təlaqın hökmlərində deyiləcək qədər) saxlayıb, sonra ərə getsə və sonradan əri səfərdən qayıtsa, ikinci ərindən ayrılmalıdır və birinci ərinə halaldır. Əgər ikinci əri onunla cinsi əlaqədə olubsa, qadın iddə saxlamalıdır və vacib ehtiyata əsasən, ikinci ər onunla bağladığı şərt əsasında mehriyyəsini ödəməlidir və əgər mehrul-misl (onun kimilərə layiq olan mehriyyə) çoxdursa, onu ödəməlidir.