Alınmış malda və ya onun qarşılığında verilən malda nöqsan
Məsələ 1815: Əgər alıcı aldığı malın eyibli olduğunu bilsə, məsələn, aldığı parça və yaxud xalçanın sökük və yaxud çürük olduğunu bilsə, əgər eyib müamilədən qabaq həmin malda olub, o, bilməyibsə, müamiləni poza və yaxud da eyibsiz malla eyibli malın qiymətini müəyyən edib satıcıya verdiyi pula mütənasib olaraq pulu geri ala bilər. Məsələn, 100 tümənə aldığı malın eyibli olduğunu başa düşsə və bazarda onun sağlam və eyiblisinin fərqi dörddə biri qədərdisə, dördə birinin pulunu yəni, 25 tüməni satıcıdan ala bilər. Vacib ehtiyata əsasən, bu iş qarşı tərəfin razılığı ilə icra edilməldiir. Bu hökm, əvəzdə eyb olduğu halda da caridir.