مدت زمان پاسخگویی به هر سوال بین 24 تا 72 ساعت است.

لطفا قبل از 72 ساعت از پیگیری سوال و یا ارسال سوال مجدد خودداری فرمائید.

از طریق بخش پیگیری سوال، سوال خود را پیگیری نمایید.

captcha
انصراف

زمان پاسخگویی به سوالات بین 24 تا 72 ساعت می باشد.

انصراف
مسئله شماره Ticarətin batil olma halları Haram və batil ticarətlər

Ticarətin batil olma halları

Məsələ 1752: Aşağıdakı hallarda müamilə batildir:1-Vacib ehtiyata əsasən, murdarın özünü, yəni, zatən murdar olan şeylərin (sidik və qan kimi) alqı-satqısı; Bu baxımdan, murdar peyinlərin alqı-satqısının eybi yoxdur. Lakin, onlardan istifadə etmək maneəsizdir. Amma zamanımızda yaralıların, xəstələrin xilası üçün istifadə edilən qanın, həmçinin, keşikçi və ov itlərinin alqı-satqısı caizdir; 2- Qəsb edilmiş malın alqı-satqısı; Sahibi müamiləyə icazə versə istisnadır; 3-Adi mənfəətləri haram olan -musiqi və qumar alətləri kimi- şeylərin alqı-satqısı; 4- Bə’ziləri üçün dəyərli olmasına baxmayaraq, camaat arasında mal hesab olunmayan - əksər həşaratlar kimi – dəyərsiz şeylərin alqı-satqısı; 5- Sələmli müamilələr; 6- Alıcı keyfiyyətindən xəbərsiz olan əsil olmayan malı –su qatılmış süd, piy və ya başqa şey qatılmış yağ- satmaq. Bu işə “Ğəşş” deyilir və böyük günahlardan biri sayılır. Peyğəmbəri-əkrəmdən (s) belə nəql edilir: “Müsəlmanla müamilədə ğeşş edən, onlara zərər yetirən, saxtakarlıq və hiylə edən şəxs bizdən deyil. Allah müsəlman qardaşı ilə ğəşş edənin ruzisindən bərəkəti aparar, qazanc yolunu bağlayar və onu öz başına buraxar.”; 7- Bədən üzvlərinin- böyrək və s. alqı-satqısı. Lakin, ehtiyata əsasən, bədən üzvünü özünə deyil, üzvü verən şəxsin bədən üzvünün götürülməsinə verdiyi icazə müqabilində pul ala bilər. Bu işin özü bədən sahibi üçün heç bir təhlükə yaratmadığı halda caizdir; 8- Yararsız yerlər əlamət vurmaqla kiminsə mülkünə çevrilmir və onun alqı-satqısı caiz deyil. Əksinə, onu canlandırmalı- əkib-becərmək üçün hazır etməlidir.

پایگاه اطلاع رسانی دفتر مرجع عالیقدر حضرت آیت الله العظمی مکارم شیرازی
سامانه پاسخگویی برخط(آنلاین) به سوالات شرعی و اعتقادی مقلدان حضرت آیت الله العظمی مکارم شیرازی
آیین رحمت - معارف اسلامی و پاسخ به شبهات کلامی
انتشارات امام علی علیه السلام
موسسه دارالإعلام لمدرسة اهل البیت (علیهم السلام)
خبرگزاری دفتر آیت الله العظمی مکارم شیرازی