مدت زمان پاسخگویی به هر سوال بین 24 تا 72 ساعت است.

لطفا قبل از 72 ساعت از پیگیری سوال و یا ارسال سوال مجدد خودداری فرمائید.

از طریق بخش پیگیری سوال، سوال خود را پیگیری نمایید.

captcha
انصراف

زمان پاسخگویی به سوالات بین 24 تا 72 ساعت می باشد.

انصراف
مسئله شماره Yalnız orucun qəzası vacib olan hallar Qəza orucunun hökmləri

Yalnız orucun qəzası vacib olan hallar

Məsələ 1423: Bir neçə halda orucun yalnız qəzası lazım olur, kaffarə isə vacib deyil:1. Ramazan ayının gecələrinin birində cənabətli olub yatsa və sonra oyansa və sonra yenə də ikinci və yaxud üçüncü dəfə üçün yatıb oyanmadığı halda, vacib ehtiyata görə orucun qəzasını tutmalıdır. Lakin, birinci yuxudan oyanmasa, qəzası yoxdur və orucu da düzgündür.2. Əgər orucu batil edən əməllərdən yerinə yetirməsə lakin, oruc niyyəti etməsə və ya orucunu yeməsini qəsd etsə və yaxud riyakarlıqla orucunu batil etsə. 3. Vacib ehtiyata əsasən, əgər ramazan ayında cənabət quslunu unudub, o hal ilə bir və ya bir neçə gün oruc tutsa;4. Ramazan ayında sübhün açılıb-açılmamasında araşdırma aparmadan orucu batil edən bir iş görsə və sonradan sübh olduğu mə’lum olsa; Habelə əgər araşdırma aparandan sonra sübh olmasını güman və yaxud şəkk etsə. Lakin, araşdırma apardıqdan sonra sübh olmamasına yəqin edib, bir şey yesə və sonra sübh olduğu mə’lum olsa, qəza vacib deyil. 5. Əgər güvənilməyən bir şəxs “sübh olmayıb, hələ vaxta var”, desə və insan onun dediyinə əsasən, orucu batil edən bir iş görsə və sonra sübh olduğu məlum olsa, burda da qəza lazımdır. Lakin, bu mətləbi, güvənilən bir şəxs desə və ya insan araşdırma apardıqdan sonra sübh olmamasına yəqin edib, bir şey yesə və sonra sübh olması mə’lum olsa, qəza vacib deyil.6. Bir şəxs “sübh olmuşdur” desə və insan onun sözünə yəqin etməsə, yaxud zarafat etdiyini güman edərək orucu batil edən işlərdən görsə və sonra sübhün açıldığı mə’lum olsa;7. Əgər bir adil şəxs qürub olmasını xəbər versə və onun dediyinə əsasən iftar etsə və sonradan qürubun olmaması mə’lum olsa;8. Əgər təmiz havada qaranlıq səbəbi ilə qürub olmasını yəqin edib iftar etsə, sonradan qürub olmaması mə’lum olsa; 9. Sərinləmək qəsdi ilə və ya heç bir səbəb olmadan suyu ağzında qar-qara etdikdə ixtiyarsız olaraq onu udsa, qəza etməlidir. Amma əgər oruc olduğunu unudub suyu udsa və yaxud dəstəmaz üçün suyu qar-qara edəndə ixtiyarsız olaraq udsa, ona qəza vacib deyil.10. Bir şəxs öz arvadı ilə mazaqlaşsa və istimna məqsədi olmadan ondan sperma çölə gəlsə. Lakin, əgər bu işlə spermanın gəlməməsinə əmin olub, təsadüfi halda sperma xaric olsa, orucu düzgündür və qəzası da yoxdur.

پایگاه اطلاع رسانی دفتر مرجع عالیقدر حضرت آیت الله العظمی مکارم شیرازی
سامانه پاسخگویی برخط(آنلاین) به سوالات شرعی و اعتقادی مقلدان حضرت آیت الله العظمی مکارم شیرازی
آیین رحمت - معارف اسلامی و پاسخ به شبهات کلامی
انتشارات امام علی علیه السلام
موسسه دارالإعلام لمدرسة اهل البیت (علیهم السلام)
خبرگزاری دفتر آیت الله العظمی مکارم شیرازی