Ayat namazı vacib olan hallar
Məsələ 1287: Dörd halda ayat namazı vacib olur: 1, 2. Günəş və ay tutulanda (bir hissəsi də tutulsa, qorxan olsa da, olmasa da). 3. Zəlzələ baş verəndə (bir şəxs qorxsa da, qorxmasa da); 4. Şimşək çaxanda, qara və qırmızı külək əsəndə, qorxulu səma hadisəsi baş verəndə. (Bu halda çoxlarının qorxması şərtdir.) Vacib ehtiyata əsasən, çoxlarını qorxuya salan yer hadisələri baş verəndə də ayat namazı qılınmalıdır.