Təyəmmüm ya da cəbirə dəstəmazı ilə namaz qılana iqtida etmək
Məsələ 1271: Əgər imam-camaat təyəmmüm və ya cəbirə ilə namaz qılırsa, ona iqtida etmək olar. Amma üzürlü səbəbdən murdar libasla məcbur qalıb namaz qılırsa, müstəhəb ehtiyata əsasən, ona iqtida edilməməlidir. Vacib ehtiyata əsasən sidik və nəcisini saxlaya bilməyən şəxs, istihazə halında olan qadın, ümumi şəkildə namazını üzürlü səbəbdən naqis qılan şəxs imam-camaat dayana bilməz. Amma təyəmmüm və cəbirə dəstəmaz istisnadır.