Ayədə və zikrdə şəkk edənin vəzifəsi
Məsələ 924: Əgər namazda bir ayə və ya zikrdə şəkk etsə, onu düzgün deyənədək təkrarlamalıdır. Amma vəsvəsə həddinə çatarsa əhəmiyyət verməsin. Vəsvəsə həddinə çatmış şəkkə əhəmiyyət versə namazına irad var, vacib ehtiyata əsasən, yenidən qılmalıdır.