İxtiyarsız hərəkət edən adamın vəzifəsi
Məsələ 888: Əgər həmd-surənin qiraəti zamanı və ya təsbihat söyləyərkən ixtiyarsız olaraq farağat halını pozacaq hərəkət etsə, məsələn, cəmiyyət arasında ona çiyinləri dəyib hərəkətə gətirsələr, vacib ehtiyat budur ki, bədəni aramlaşdıqdan sonra hərəkət zamanı dediklərini bir daha desin.