Cinsi əlaqə yolu ilə cunub olmaq
Məsələ 364: Əgər insan cima (cinsi yaxınlıq) etsə və sünnət yeri həddində yaxınlıq olsa, həm kişi, həm də qadın cunub, cənabətli olar. Tərəflərin buluğ həddində olub-olmaması, spermanın xaric olub-olmaması şərt deyil. Deyilən hökm qabaqdan yaxınlığa aiddir. Əgər arxadan yaxınlıq olarsavə sperma xaric olmasa, vacib ehtiyata əsasən, həm qüsl etməli,həm də dəstəmaz almalıdır.(Xatırlama:Arxadan yaxınlıq etmə kişinin qadınının razılığı olmasa haram,razı olduğu təqdirdə şiddətli kərahəti vardır.Bəzi vaxtlar müxtəlif xəstəliklərə səbəb olur)