İynə kimi əşyaların bədənin daxilindəki qana dəyməsi
Məsələ 152: İynə kimi bir şey bədənin daxilində qan kimi murdara toxunarsa bayıra çıxarılarkən qana bulaşıq olmasa murdar sayılmaz. Həmçinin ağız və burun suyu ağız və burunun daxilində qana toxunarsa nəcis olmaz.